Mənzil alıb-satanlara şad xəbər! - İlk dəfə... VİDEO
"Mobil notariat" tətbiqinin imkanları genişləndirilib. Artıq daşınmaz əmlaka sərəncam verilmək, o cümlədən əmlakı almaq, satmaq, bağışlamaq, dəyişmək və ipotekaya qoymaq işlərini notariat ofislərinə getmədən həll etmək mümkün olacaq.
azxeber.com Xəzər TV-yə istinadən xəbər verir ki, xaricdə yaşayan soydaşlarımızın notariat xidmətlərindən istifadə etmək üçün ölkəyə gəlmələrinə də ehtiyac qalmayacaq.
Artıq daşınmaz əmlaka sərəncam verilməsinə dair etibarnaməri "Mobil Notariat" tətbiqi vasitəsilə rəsmiləşdirmək mümkündür.
Tətbiqdəki yenilik vətəndaşlara olduğu yeri tərk etmədən, həftənin bütün günləri 24 saat ərzində notariat xidmətlərdən yararlanma imkanı yaradacaq. Bununla yanaşı xaricdə yaşayan soydaşlarımızın notariat xidmətlərindən istifadə etmək üçün ölkəyə gəlmələrinə ehtiyac qalmayacaq.
Həmçinin, "Mobil notariat" vasitəsilə vətəndaşlar nəqliyyat vasitələrinə dair etibarnamələri, vəkilə verilən etibarnamələri, sosial etibarnamələri, banklarda təmsilçilik ilə bağlı etibarnamələri, eləcə də yetkinlik yaşına çatmamış şəxslərin ölkə ərazisini tərk etməsi üçün valideynləri tərəfindən yazılan razılıq və etibarnamələrə xitam verilməsinə dair ərizələri elektron qaydada əldə edə bilərlər.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var