"Mənzilə çıxarış almaq asanlaşacaq" - Ekspert
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev "Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı" informasiya sisteminin yaradılması haqqında" Fərman imzalayıb. Fərmana əsasən, daşınmaz əmlakın dövlət kadastrı və reyestri sahələrində idarəetmə sisteminin təkmilləşdirilməsi, şəffaflığın və operativliyin artırılması, biznes mühitinin yaxşılaşdırılması baxımından əmlakın qeydiyyatı ilə bağlı xidmətlərin elektronlaşdırılması və keyfiyyətinin yüksəldilməsi, nəzarət mexanizmlərinin, habelə elektron sənəd dövriyyəsinin genişləndirilməsi məqsədilə "Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı" informasiya sistemi yaradılıb.
KONKRET.az xəbər verir ki, mövzuya münasibət bildirən əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Bakupost.az -a deyib ki, "Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı" informasiya sistemi yaradıldıqdan sonra mənzilə çıxarış almaq asan olacaq. Belə ki, vətəndaşlar sənədlərini özləri elektron portala yerləşdirməklə müraciət edə biləcəklər:
"Sənədlərin düzgünlüyü sistemdə yoxlanılacaq. Təsdiqlənəndən sonra isə tələb olunan dövlət rüsumu da portal vasitəsi ilə ödənilə bilər. Sistem fəaliyyətə başlayandan sonra Əmlak Məsələləri Dövlət Xidmətinin ərazi şöbələrinə getməyə ehtiyac qalmayacaq. Yeni sistemin yaradılmasında əsas məqsəd, vətəndaş-məmur ünsiyyətini minimuma endirməkdir".
Turlar.az [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR