Mərcan daşından ağrıkəsici vasitə kimi istifadə olunur

Mərcan daşından ağrıkəsici vasitə kimi istifadə olunurMərcan daşlarını çox vaxt mirvarinin qardaşı adlandırırlar. Romada mərcanın uşaqları bəd nəzərdən qoruduğuna dair inam var idi, buna görə də, ondan uşaqlar üçün muncuq və boyunbağı hazırlayırdılar. Romalılar həm də üyüdülmüş mərcandan ilan və əqrəb zəhərinə qarşı məlhəm kimi istifadə edirdilər. Hindistanda isə mərcanın mistik gücünə daha çox inanırdılar.
Mərcan həm də, insan səhhətinə müsbət təsir edən daşlardan sayılır. O, maddələr mübadiləsini fəallaşdırır, şişkinliyi, xoranı müalicə edir, ürək-damar sisteminə, xüsusilə də qan dövranına yaxşı təsir göstərir.
Milli.Az bildirir ki, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkim-terapevti Taleh Abbasov AZƏRTAC-a deyib: "Mərcan daşı immun sistemini gücləndirir, əsəblərə çox yaxşı təsir edir, qan sistemi xəstəliklərinin müalicəsində mərcanın xüsusi yeri var. Açıq rəngli mərcan daşları ən çox ikinci və dördüncü qan qrupundan olanlara müsbət təsir edir".
Mərcandan ağrıkəsici vasitə kimi də istifadə olunur. Baş ağrısı, yuxusuzluq və sinir pozuntuları zamanı kömək edir. Qalxanvari vəz və astma xəstəliyi üçün faydalıdır. Boğaza taxılan mərcanın boğaz ağrısına, əsəb sisteminə müsbət təsir etdiyinə inanırlar.
İnanclara görə, səyahətə gedənlərin ondan hazırlanan bəzək əşyasını özləri ilə götürməsi onları fəlakətdən qoruyur. Körpənin yatağı üzərinə mərcandan hazırlanmış gözmuncuğu qoymaq da adətdir.
İnanclara görə, mərcan bədnəzərdən qoruyur, rahat və möhkəm yuxunu təmin edir. Üz və boyun dərisinə yaxşı təsir göstərdiyindən xanımlara muncuqlu boyunbağılar hədiyyə etmək məsləhətdir. Balıq və oğlaq bürclərinin uğurlu daşı hesab olunur.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 03 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

Bəşəriyyəti ölümcül bəladan xilas edən peyvənd: 8 yaşlı uşaq üzərində aparılan təhlükəli təcrübə

1796-cı il mayın 14-də ingilis həkim Edvard Cenner tibb tarixinin ən mühüm təcrübələrindən birini həyata keçirdi. O, səkkiz yaşlı bir uşağı qəsdən inək çiçəyi virusuna yoluxdurdu. Bir neçə həftə sonra isə onu dövrün ən qorxul

Samuxda 9 nəfərdə qarayara aşkarlandı - RƏSMİ

Samuxda xəstə heyvanla təmasda olan 9 nəfər yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrin

Bazarlarda göbələk təhlükəsi: Bu əlamətləri görsəniz, almayın

Bazarlarda göbələk mövsümünün başlaması ilə bu məhsula tələbat artır. Lakin göbələk alarkən diqqətsizlik istehlakçıların sağlamlığı üçün ciddi təhlükə yaradır. Xüsusilə köhnəlmiş, düzgün saxlanılmamış və ya zəhərli növlərl

"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur

Arıqlama iynələri, gəncləşmə vəd edən qida əlavələri və internet üzərindən satılan saxta dərmanlar… Əczaçılar son dövrlərdə sürətlə yayılan sağlamlıq təhlükələri ilə bağlı xəbərdarlıq ediblər. Xüsusilə nəzarətsiz istifad

Temperatur dəyişir, sağlamlıq risk altına düşür? – Terapevtdən XƏBƏRDARLIQ

Havanın temperaturunun dəyişməsi orqanizmin uyğunlaşma mexanizmlərinə təsir göstərməklə xüsusilə yaşlı insanlar və xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər üçün müəyyən sağlamlıq riskləri yarada bilər. Belə hava şəraitind

Azərbaycan səhiyyəsi qlobal reytində son sıralardadır

Azərbaycan səhiyyə xidmətlərinin səviyyəsinə görə 101 ölkə arasında 92-ci sırada qərarlaşıb. yenisabah-a istinadla xəbər verir ki, səhiyyə xidmətlərinin keyfiyyətinə dair hazırlanan reytinq siyahısında Azərbaycan 49 bal toplay

Kəsim yerlərindən alınan ətdən qarayara xəstəliyi keçə bilərmi?

Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi bu xəstəliyin kəsim yerlərindən alınan ətlərdən keçə biləcəyi və təhlükəsizlik məsələlərini gündəmə gətirib. KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı -a açıqlama verən qid

Uşaqlarda bu hal təhlükəlidir - DİQQƏT

Qrip və soyuqdəymə kimi yuxarı tənəffüs yollarının infeksiyaları, xüsusilə uşaqlarda orta qulaq iltihabına səbəb ola bilər. Vaxtında müalicə olunmadıqda isə bu xəstəlik nadir hallarda meningit və beyin absesi kimi ciddi fəsadlarl

Koronavirusla bağlı ŞOK İDDİA: İnsan orqanizmində görün nələr edirmiş

İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin alimləri koronavirusla bağlı mühüm elmi qənaətə gəliblər. Məlum olub ki, virus insan orqanizminin toxumalarında illərlə qalmaq qabiliyyətinə malikdir. bildiri


azerbaycan xeberleri yeni xeberler son xeberler maşın realiti şou bu gunun xeberleri haqqinda melumat idman xeberleri kriminal