Merkel Ukraynaya necə veto qoyub? - "Bild" AÇIQLADI
Almaniyanın keçmiş kansleri Angela Merkel şəxsən NATO vasitəsilə Ukraynaya silah tədarükünün qarşısını alıb.
Publika.az xəbər verir ki, bu barədə "Bild" nəşri mənbələrə istinadla məlumat yayıb.
Bildirilib ki, avqustda Kiyevə səfəri zamanı Ukrayna prezidenti Vladimir Zelenski vetonun ləğvini Merkeldən xahiş etsə də, siyasətçi "buzlu səslə" "bundan söhbət gedə bilməz" deyib.
Nəşr qeyd edir ki, may ayında Almaniya veto hüququndan istifadə edib. Bununla da pilotsuz təyyarələri məhv etmək üçün istifadə edilən Barrett tüfəngləri və Litva tüfənglərinin Ukraynaya tədarükü əngəllənib. Halbu ki, bu silahların üçün Kiyev tərəfindən ödəniş ediliub. Üstəlik, Berlin Hollandiyanı da qərarı dəstəkləməyə məcbur etməli olub. Bu, Almaniyanın "satışın yeganə rəqibi" olduğu təəssüratı yaratmamaq üçün edilib.
Ukraynanın müdafiə naziri Aleksey Reznikov bundan əvvəl Merkel hökumətini NATO-nun Təchizat və Tədarük Agentliyi (NSPA) vasitəsilə Kiyevin silah almasına mane olmaqda ittiham edib.
"Bild" vurğulayır ki, Almaniya noyabrın sonunda Ukraynaya dron əleyhinə tüfənglərin tədarükü ilə bağlı vetosunu ləğv edib, lakin Amerika tüfənglərinin tədarükü hələ də bloklanıb.
Bundan əvvəl məlum olub ki, Ukrayna ABŞ-dan silah almağı gözləyir .
"Financial Times" yazır ki, müdafiə naziri Aleksey Reznikov müttəfiqlərlə danışıqlardan sonra ABŞ və digər Qərb sponsorlarından raket və digər müdafiə silahları almağa çox optimistdir. Eyni zamanda nəşr qeyd edib ki, nazir silahların Ukraynayanə qədər tez çatacağını təsdiq edə bilməyib.
Hüseyn

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Bu səlahiyyət Daxili İşlər Nazirliyinə həvalə olundu
Bəhlul Mustafazadə yenə əməliyyat olundu
Avropa Liqası: daha 9 oyun baş tutacaq
17 sentyabr - Ümumdünya Pasiyent Təhlükəsizliyi Günüdür
Tələbəni xaric etmək doğru deyil' - Deputat ADMİU-dakı qalmaqaldan danışdı
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
"2 milyonum olsaydı, toyda oxumazdım" - Eldəniz Məmmədov
Ağdamda toyda dava: Xəsarət alan var