"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər"

Azərbaycan iqtisadiyyatında dedollarlaşma meyilləri artıb. Bunu Milli Məclisin iclasında Mərkəzi Bankın sədri Taleh Kazımov 2026-cı ilin büdcə zərfinin müzakirəsində deyib. AMB sədri bildirib ki, 2022-ci ildən bəri Mərkəzi Bank tərəfindən həyata keçirilən islahatlar nəticəsində pul siyasətinin ötürücülük mexanizmi gücləndirilib, iqtisadiyyatda dedollarlaşma meyilləri artıb: "Rezident fiziki şəxslərin əmanətlərində dollarlaşma səviyyəsi ilin əvvəlindən 2.1 faiz bəndi azalaraq oktyabr ayı nəticələrinə görə 28.5 faizə enib ki, bu da tarixi minimum göstəricidir. Bu dinamika həm manatla bağlı gözləntilərin müsbət olduğunu, həm də milli valyutamıza inamın gücləndiyini təsdiq edir".
KONKRET.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər"
İqtisadçı Xalid Kərimlinin fikrincə, vətəndaşlar pullarının çox az qismini avro, dollar və digər xarici valyutalarda saxlayırlar, daha çox isə manata üstünlük verirlər: "Mərkəzi Bank dedollarlaşmanı əmanətlərin strukturu ilə müəyyənləşdirir. Yəni insanlar əmanətlərini daha çox manatla yığıb, nəinki dollarla. Səbəblərdən biri manatda gəlirin daha çox olmasıdır. Manatla əmanətdə 11-12 faiz depozit gəliri verilirsə, dollarda bu rəqəm 2.5-3.5-dir. Vətəndaş da görür ki, manatın məzənnəsi uzun müddətdir dəyişmir, sabit olaraq qalır. O səbəbdən də pul itirmək istəmir. Əgər manatla olan depozitin gəlirliliyi azalsa, yaxud dollarla eyniləşsə, o zaman insanlar əmanətlərini daha çox dollarla qoymağa çalışacaqlar. Çünki dollar daha etibarlı valyutadır".
X.Kərimli bildirib ki, dedollarlaşma bankların gəlirini artırmaq üçün əlverişli vəziyyətdir: "Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsin. Əmanətlərini manatla yatırsınlar ki, iqtisadiyyatda manatın payı artsın. Çünki banklar depozit olaraq götürdüyü məbləği kredit kimi verir. Banklar da kreditdən əlavə gəlir əldə edir. Dedollarlaşma maliyyə sabitliyinə də müsbət təsir göstərir. Mərkəzi Bankın rıçaqlarını, manatın rolunu artırır. İqtisadiyyat üçün müsbət prosesdir".
Sabit məzənnənin nəticəsi
Bakı Ali Neft Məktəbinin biznesin idarə edilməsi kafedrasının müdiri Altay İsmayılovun sözlərinə görə, dedollarlaşmanın səbəbi insanların manata olan inamı və gəlirin daha çox olmasıdır: "Dedollarlaşma iqtisadiyyatda, maliyyə sektorunda, kredit-depozit hesablaşmalarında dollardan istifadənin azalması, onun yerinə milli valyutaya – manata yönəlmə deməkdir. Azərbaycan üçün dedollarlaşmanın səbəbi budur ki, 10 ilə yaxındır valyuta kursunun sabit saxlanmasına hesablanmış tənzimlənən məzənnə rejimi tətbiq olunur. Yəni dollar-manat kursu sabitdir. İkinci səbəb bankların manatla olan depozitlərə daha yüksək faiz təklif etməsidir. Bu fərq dollarla müqayisədə 3-4 dəfə daha çoxdur. Belə olduğu üçün də bank müştəriləri vəsaitlərini təbii ki, milli valyutada saxlamağa daha maraqlı olurlar. Çünki milli valyutadan daha çox faiz gəliri əldə edilir. Dolların kursu da sabit olduğu üçün dollarla əmanət saxlamaq iqtisadi baxımdan rasional seçim olmur".
A.İsmayılovun fikrincə, dedollarlaşmanın maliyyə sabitliyinə təsiri ümumilikdə müsbətdir: "Bu, beynəlxalq sferada, qlobal bazarlarda yaranan dalğalanmalar, valyuta kurslarının dəyişməsi baş verdikdə iqtisadiyyatın bundan təsirlənməsinin az olması deməkdir. Mərkəzi Bank da monetar siyasəti daha uğurlu həyata keçirmə imkanı əldə edir. Ölkənin xarici valyutadan asılılığı da azalmış olur".
"Gələcək neft gəlirlərindən asılıdır"
O bildirib ki, gələcəkdə neft gəlirləri dəyişərsə, vəziyyət də dəyişə bilər: "Gələcəkdə proseslərin necə davam etməsi ölkəyə daxil olacaq valyutanın həcmindən asılı olacaq. Dolayısı ilə bu göstərici ölkəyə daxil olan neft gəlirlərindən birbaşa asılıdır. Neft gəlirlərinə isə iki amil – ixrac edilən neftin həcmi və dünya bazarındakı qiymət təsir edir. Əgər gözlənildiyi kimi ixrac edilən neftin həcmi gələcəkdə də azalmağa doğru getsə, bu, gəlirlərin azalmasına səbəb olacaq. Digər tərəfdən, həcmdən asılı olmayaraq hazırkı tendensiya, yəni neft qiymətlərinin ucuzlaşması davam edərsə, bu da ölkəyə daxil olan valyutanın həcminin azalmasına gətirib çıxara bilər. Belə olduğu halda, bazarın gözləntilərinə uyğun olaraq, dollara olan tələbatın artımını müşahidə edə bilərik. Bu tələbin böyüklüyü dollarlaşma meyilini artıra bilər".
A.İsmayılovun sözlərinə görə, dedollarlaşma banklar üçün müsbət olsa da, tələbin dəyişməsi fonunda onların çətin vəziyyətdə qalma ehtimalı da var: "Dedollarlaşma həm də bankların xarici valyuta ehtiyatlarına təsir edir. Çünki iqtisadi marağa görə dollarla olan əmanətlər azaldıqda, bu, bankların xarici valyuta ehtiyatlarında azalmaya gətirib çıxara bilər. Neftin dünya bazar qiymətinin dəyişməsi riski ilə üz-üzə qaldıqda, bu hal dollara olan tələbi artıracaq. Dollara tələb artdıqda isə bankların hazırkı xarici valyuta ehtiyatlarının azalması öz mənfi təsirini göstərəcək. Bütün bu deyilənlərə baxmayaraq, əgər qlobal və lokal bazarda vəziyyət stabil davam edərsə, bu halda dedollarlaşmanın iqtisadiyyat üçün müsbət bir hal olduğunu demək olar".

Sosial       Tarix: 08 dekabr 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

31 avqust üçün rəsmi valyuta məzənnələri açıqlandı

Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 31-nə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. xəbər verir ki, hesabat tarixinə ABŞ dollarının manata nisbətdə məzənnəsi dəyişməyərək 1,700 manat səviyyəsində qalıb. Avronun məzənnəs

Göygöldə 32 yaşlı kişi bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Elcan Həsənov bıçaqlanma diaqnozu ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Sahibsiz itlərə qarşı hansı addım atılmalıdır? - Professordan açıqlama

Son zamanlar küçə heyvanları ilə bağlı problem yenidən müzakirə mövzusuna çevrilib. Xüsusilə sahibsiz itlərin yaşayış məntəqələrində insanlara hücum etməsi və bunun nəticəsində vətəndaşların təhlükə ilə üz-üzə qalması məsələni

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard


yeni xeberler azerbaycan xeberleri son xeberler en son xəbərlər bugün son xeberler bu gun sonxeberler xeber.az son xeberler