Mərkəzi Bankdan QƏRAR - Belə banklar bağlana bilər

Mərkəzi Bankdan QƏRAR - Belə banklar bağlana bilər</p> 
 <p>Bu ilin ötən dövründə Azərbaycanda təminatlı banklararası REPO bazarının həcmi 4,4 milyard manat, təminatsız bazarın həcmi isə 26,8 milyard manat təşkil edib.
KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) "Məcburi ehtiyat norması" haqqında yeni qərarı şərh edərkən bildirilib.
"Bu göstərici hər iki seqment üzrə banklararası bazarın aktivliyini göstərir. Əlavə olaraq banklar milli valyutada Mərkəzi Bankın 1 günlük daimi imkan alətindən istifadə edə bilərlər. Qeyd olunan imkanların mövcudluğu şəraitində banklar məcburi ehtiyat üzrə vəsaitlər təmin etməzlərsə bu halda Mərkəzi Bank tərəfindən müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur.
Bu gün bankların məcburi ehtiyat normalarına uyğun vəsait saxlaması üçün müxtəlif imkanlar mövcuddur. Bu imkanlara Mərkəzi Bankın dəstəyi ilə yaradılmış banklararası bazar seqmentləri və daimi kreditləşmə aləti aiddir", – deyə AMB qeyd edir.
Bildirilir ki, 2022-ci ilin sentyabr ayından bəri pul siyasətinin ötürücülüyünün gücləndirilməsi məqsədilə Mərkəzi Bank tərəfindən bir sıra islahatlar həyata keçirilib: "Bu islahatlar çərçivəsində məcburi ehtiyatların təkmilləşdirilməsi digər pul siyasəti alətlərinin təkmilləşdirilməsinə paralel şəkildə həyata keçirilib. Yəni müxtəlif mərhələlərdə məcburi ehtiyat normaları ilə bağlı müvafiq qərarlar pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi istiqamətində aparılan islahat gündəliyinin tərkib hissəsidir. Məcburi ehtiyat normaları ilə bağlı həm öncəki, həm də son qərar bank sektorunda likvidliyin daha effektiv tənzimlənməsi və likvidliyin təmərküzləşməsi səviyyəsinin azaldılması məqsədilə verilib. Maliyyə sabitliyinə xələl gətirməmək üçün məcburi ehtiyat normaları mərhələli şəkildə qaldırılmış və diferensiasiya edilib.
Ümumilikdə, pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi sektorda likvidliyin idarə edilməsinə, banklararası bazarda qısamüddətli əqdlər üzrə faizlərin formalaşmasına, bu faizlərin Mərkəzi Bankın uçot dərəcəsinin dəyişiminə reaksiya verməsinə müsbət təsir edir. Müsbət haldır ki, ilk dəfə banklararası faizlər Mərkəzi Bankın faiz dəhlizi daxilində formalaşmağa başlayıb".
Bu il ərzində bu istiqamətdə aparılan dəyişikliklərə toxunaraq, AMB-dən bildirilib ki, son 1 ildə məcburi ehtiyat normaları ilə bağlı 2 dəfə dəyişikliklər edilib və yeni normalar uyğun olaraq cari ilin fevral və avqust aylarından başlayaraq tətbiq edilib.
"Birinci dəyişikliyə əsasən normalar milli valyutada hüquqi şəxslərin depozitlərinin məbləğinin bir milyard manatı, xarici valyutada hüquqi şəxslərin depozitlərinin məbləğinin isə 750 milyon manat ekvivalentini üstələyən hissəsi üzrə müvafiq olaraq 10 % və 12 % səviyyəsində müəyyən olunub. Digər hallarda məcburi ehtiyat norması manatda və qiymətli metallarda öhdəliklər üzrə 4 %-dən 5 %-ə, xarici valyutada öhdəliklər üzrə 5 %-dən 6 %-ə qaldırılıb.
İkinci dəyişikliyə əsasən isə milli valyutada hüquqi şəxslərin depozitlərinin məbləğinin bir milyard manatı, xarici valyutada hüquqi şəxslərin depozitlərinin məbləğinin isə 750 milyon manat ekvivalentini üstələyən banklar üzrə məcburi ehtiyat normaları bütün öhdəliklər üzrə müvafiq olaraq 10 % və 12 % səviyyəsində müəyyən olunub. Hüquqi şəxslərin depozitləri qeyd edilən limitdən aşağı olan halda isə norma manatda və qiymətli metallarda öhdəliklər üzrə 5 %, xarici valyutada öhdəliklər üzrə 6 % səviyyəsində dəyişməz qalıb", – Mərkəzi Bankdan bildirilib.

Sosial       Tarix: 22 noyabr 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli


son xeberler yeni xeberler azerbaycan xeberleri sosial yardim cəbhədən şad xəbər en son xeberler bu gun hava