Məsciddən başlayan ziyarət

Məsciddən başlayan ziyarətMəsciddən başlayan ziyarət
Prezident, Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bir neçə gün əvvəl Füzuli və Cəbrayıl şəhərlərinə, noyabrın 23-də isə Ağdama səfər etdilər.
Dövlət rəhbərlərimizin Ağdama səfərindən hazırlanan videoreportajlar əyani şəkildə bir daha göstərdi ki, şəhər və rayonlarımız, kənd və qəsəbələrimiz erməni faşizmi tərəfindən viran qoyulub.
Özlərini dünyaya "ən qədim", "ən mədəni", "ən ağıllı" millət kimi sırımağa çalışan bu toplumu, əslində, idarə edən qəbilə instinktidir. Yalnız belə bir toplum qədim şəhərlərimizi yerlə-yeksan edə, tarixi, mədəni və dini abidələrimizdən qisas ala bilərdi.
Sağlam məntiq və normal insan düşüncəsi ilə onların bu vəhşiliyini izah etmək, ekranda gördüyümüz mənzərəni sakitliklə seyr etmək mümkün deyil.
Bu vandallar azərbaycanlılara məxsus olub deyə, daşdan-kəsəkdən də qisas alıblar. Yalnız vəhşi instinktlə idarə olunan bir toplum Xocalı soyqırımını törədə və türkə bu dərəcədə nifrət edə bilər.
Çöl-biyabana çevrilən şəhərlərimiz minalardan hələ təmizlənməyib, qəbilə tör-töküntülərinin siçan kimi hansısa dəlmə-deşikdə gizlənməsi istisna deyil.
Dövlət rəhbərlərimizin səfərləri cəmiyyətimiz tərəfindən yüksək hörmət və rəğbətlə qarşılansa da, real təhlükə ehtimalları xüsusi dəyər verdikləri bu iki şəxsiyyətə görə insanlarımızda haqlı narahatlıq doğurur. Yalnız Ağdam məscidindən hazırlanan videoreportaja baxdıqdan və cənab Prezidentin məscidin önündə etdiyi çıxışı dinlədikdən sonra həqiqətlərin kökünə vara bilirsən.
Prezidentimiz işğaldan azad etdiyi Ağdam torpağı üzərində dayanıb, içdən gələn bir çıxış etdi. 
Bu, bir çox ölkələrdə siyasi liderlərin etdikləri quru nitqlərə bənzəmirdi. Prezident İlham Əliyev xalqımızla, hər birimizlə növbəti dəfə özünəməxsus səmimiyyətlə danışdı və dedi:
"Bu gün mən Ağdam məscidinə Məkkədən gətirdiyim "Qurani-Kərim"i bağışladım. Mən xoşbəxt adamam ki, dörd dəfə Məkkə ziyarətində olmuşam. Bir dəfə rəhmətlik atamla, üç dəfə isə prezident kimi. Xoşbəxtəm ki, mən ailə üzvlərimlə bərabər, müqəddəs Kəbənin içində dualar etmişəm.
Hər bir insanın ürəyində nə varsa, mənim ürəyimdə də eyni duyğulardır. Etdiyim duaların arasında birinci duam torpaqlarımızın işğaldan azad edilməsi idi. Allahdan xahiş edirdim, mənə güc versin ki, biz torpaqları işğalçılardan azad edək, o xoşbəxtliyi bizə nəsib etsin, biz yenə də dədə-baba torpağımıza qayıdaq.
Bu gün burada, vandallar tərəfindən dağılmış məscidin önündə deyirəm ki, xoşbəxt adamam. Bir daha Allaha şükür edirəm ki, mənim dualarımı eşidib, bu gücü mənə verib".
Bu sözləri eşitdikdən sonra anlayırsan ki, dini dəyərlərimizi uca tutan, Ağdam məscidinin torpaq döşəməsinə dini qaydalarımıza uyğun şəkildə qədəm qoyub dua edən bu iki Böyük Şəxsiyyəti xalqımızın duaları qoruyur, Allah hifz edir. Allah həmişə yar olsun!
Ülvi Quliyev
Milli Məclisin deputatı /oxu.az

Siyasi       Tarix: 24 noyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi

Türkiyədən Rusiyaya dost ölkəyə S-400-lərin köçürülməsi ehtimalı gündəmdədir. KONKRET.azapa-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə müvafiq işlə

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm

Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar. xəbər verir ki, dövlətimizin başçısı Zəfər abidəsinin önünə əkli

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua


yeni xeberler son xeberler azerbaycan xeberleri siyaseti xeberler bugun ən son xəbər son.xeber şou biznes xəbərləri