Meşəli faciəsinin şahidi: 'Ailəmizin 5 üzvünü qətlə yetirdilər, Xaçaturyan qardaşımı girov götürdü

Meşəli faciəsinin şahidi: 'Ailəmizin 5 üzvünü qətlə yetirdilər, Xaçaturyan qardaşımı girov götürdü"Ermənilər 1991-ci ilin 22 dekabrında Xocalı rayonunun Meşəli kəndində ailəmizin 5 üzvünü amansızlıqla qətlə yetirdilər".
Bunu Report-un Qərb bürosuna müsahibəsində Meşəli faciəsində ailə üzvlərini itirmiş Zəminə Əliyeva bildirib.
"Ailəmizin 3 üzvünü diri-diri yandırdılar. Ailəmizin 9 üzvündən 5-i - atam, anam, iki bacım və bir qardaşım amansızlıqla qətlə yetirilib. Çox dəhşətli gün idi. Əlli üç yaşlı atamı, 45 yaşlı anamı və 17 yaşlı bacımı diri-diri yandırdılar. On beş yaşlı bacımı ürəyindən güllələyib ardınca da 78 güllə vuraraq qətlə yetirdilər.
Qardaşım polis əməkdaşı idi. O, dağın üstündən kəndi güllə atəşinə tutan erməni silahlısını zərərsizləşdirilmək üçün gedən zaman snayperin açdığı atəş nəticəsində şəhid oldu. Kiçik qardaşım Barat isə yaralı halda Vaqif Xaçaturyan tərəfindən əl-qolu bağlanılaraq maşının yük yerinə qoyularaq girov götürülüb. Qardaşım isə yolda əli-qolu bağlı özünü maşından dərəyə atıb. Xoşbəxtlikdən yaralı vəziyyətdə qaçaraq sağ qala bilib".
Zəminə Əliyeva 25 mülki azərbaycanlını qətlə yetirmiş hərbi cinayətkar Vaqif Xaçaturyanın saxlanılmasını eşitdikdə çox sevinib:
"Mətbuatdadan Vaqif Xaçaturyanın saxlanıldığını eşidəndə çox sevindim. Onu saxlayan oğullarımızın alnından öpürəm. Bir ana kimi onları bağrıma basıram. Allah dövlətimizdən razı olsun!".
"Meşəli faciəsində dinc sakinlərimizin qanına əli batanların tutularaq öz cəzasını alması bizə təsəllidir. İnanırıq ki, digər cinayətkarlar da öz cəzasını alacaqlar", - Z.Əliyeva əlavə edib.
Qeyd edək ki, hərbi cinayətkar Vaqif Xaçaturyan Laçın sərhəd buraxılış məntəqəsində saxlanılaraq istintaqa cəlb edilib.

Sosial       Tarix: 30 iyul 2023
f Paylaş

Oxşar xəbərlər

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"


yeni xeberler azerbaycan xeberleri son xeberler hava proqnozu son xəbərlər azərbaycanda valyuta mezenesi