Meşəli soyqırımında 7 qohumu öldürülən şəxs: Xaçaturyan əlimə düşsəydi

Meşəli soyqırımında 7 qohumu öldürülən şəxs: Xaçaturyan əlimə düşsəydiXəbər verdiyimiz kimi, iyulun 29-da Laçın sərhəd-buraxılış məntəqəsində Meşəli soyqırımı hadisələri ilə bağlı beynəlxalq axtarışda olan şəxslərdən biri – Vaqif Xaçaturyan saxlanılıb.
1991-ci il 22 dekabr tarixində qanunsuz erməni silahlı birləşmələrinin üzvləri Xocalının Meşəli kənd sakinlərinə hücum edib. Nəticədə 25 nəfər amansızlıqla qətlə yetirilib, 14 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, 358 nəfər isə öz doğma yurdlarından didərgin düşüb.
Meşəlidə törədilən soyqırımda 7 yaxınını itirən Tural Nurməmmədov azxeber.com-a danışıb. 
Meşəli soyqırımında 7 qohumu öldürülən şəxs: Xaçaturyan əlimə düşsəydiO, bildirib ki, 32 ildən sonra babaları, nənələri, xalaları və dayısının qatili Vaqif Xaçaturyanı görəndə keçirdiyi nifrət dolu hissləri sözlə ifadə etməkdə çətinlik çəkir:
"Mən Xocalının Meşəli kəndində anadan olmuşam. Kəndimizdən çıxanda 6 aylıq körpə idim. Xocalıda yaşananlarla bağlı ailəmin, qohumlarımın danışdıqlarından məlumatım var. Ata tərəfdən Nurməmmədov Hüseyn Rza oğlu, Nurməmmədov Pakizə İslam qızı, ana tərəfdən isə, Novruzov Novruz Məhərrəm oğlu, Novruzova Adilə Məhəmməd qızı, Novruzov Zakir Novruz oğlu, Novruzova Rahilə Novruz qızı, Novruzova Rübabə Novruz qızı Meşəli kəndində törədilən soyqırımda şəhid olub.
Yaxınlarımın qatili Vaqif Xaçaturyanı gördükdə keçirdiyim hiss, əlimə düşsə paramparça edərəm hissi oldu. 
Cənab Prezidentimizə, sərhədçilərimizə təşəkkür edirəm ki, məhz onların sayəsində haqq öz yerini tapdı. Xocalı cəlladı, uşaqların, əliyalın qadın-qocaların qatili Vaqif Xaçaturyan bu gün cinayətə cəlb olunur. O, Azərbaycan xalqına cavab verməli, törətdiyi əməllərin cəzasını çəkməlidir. Bəlkə biz, yaxınlarını itirənlər azda olsa, bununla təsəlli taparıq".
Tural Nurməmmədov qeyd edib ki, Vaqif Xaçaturyana təkcə həbs cəzası verməklə kifayətlənilməməlidir:
"O, xalq düşməni, ən pis adlara layiq görülməlidir ki, etdikləri əbədi yaddaşlarda qalsın. Biz də gənclər olaraq, Xocalı sakinləri olaraq, dünya ictimaiyyətinə çatdırmalıyıq ki, canilər Meşəli kəndində insanlığa sığmayan necə vəhşicəsinə soyqırım həyata keçiriblər.
Hazırda Meşəli sakinləri Goranboy rayonunun Ağcakənd qəsəbəsində məskunlaşıb. Ailəmdən, qohumlarımdan eşitdiklərinə əsasən deyə bilərəm ki, bu cinayəti törədənlərin sayı çoxdur. Ordumuzdan, Ali Baş Komandanımızdan gözləntimiz budur ki, digər Xocalı cəlladları da layiqli cəzalarını çəksinlər".
Şəbnəm Zahir

Sosial       Tarix: 31 iyul 2023
f Paylaş

Oxşar xəbərlər

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"


yeni xeberler azerbaycan xeberleri son xeberler hava proqnozu son xəbərlər azərbaycanda valyuta mezenesi