Məşhur aktyor xərçəngdən sağaldı
"Yura Dövrü Parkı" filmi ilə tanınan Yeni zelandiyalı aktyor Sem Nil eksperimental müalicədən sonra xərçəngdən tam sağaldığını açıqlayıb.
azxeber.com xəbər verir ki, bu barədə o, Avstraliyanın "7News" telekanalına müsahibəsində danışıb.
Aktyor onkoloji xəstələr üçün müasir müalicə üsullarına çıxışın genişləndirilməsini dəstəklədiyini bildirib. Nil 2023-cü ildə nəşr olunan "Did I Ever Tell You This?" ("Heç sənə bunu demişdimmi?") adlı xatirə kitabında ona üçüncü mərhələli angiommunoblastik T-hüceyrəli limfoma diaqnozu qoyulduğunu açıqlamışdı.
O, bir neçə il kimyaterapiya alsa da, zamanla müalicə təsirini itirib və vəziyyət ağırlaşıb. Aktyorun sözlərinə görə, həlledici mərhələ CAR T-hüceyrə terapiyasının klinik sınaqlarında iştirakı olub. Bu üsulda xəstənin öz hüceyrələri dəyişdirilərək xərçənglə mübarizə aparır.
Müalicədən sonra aparılan yoxlamalar onun orqanizmində xərçəng hüceyrələrinin qalmadığını göstərib. "Çox xoşbəxtəm. Düşünürəm ki, artıq yeni filmdə çəkilməyin vaxtıdır" deyə, Nil bildirib.
Aktyor həkimlərə və alimlərə təşəkkür edərək vurğulayıb ki, sağalması möcüzə deyil, elmi nailiyyətlərin nəticəsidir. O, bu cür müalicələrin gələcəkdə daha geniş şəkildə əlçatan olacağına ümid etdiyini deyib.
Axşam.az

Bakının əsas prospekti buna görə iflic oldu
Paşinyan Azərbaycandan bu ərazini istədi – Əvəzində təklif edir ki…
Paşinyan anklavlarla bağlı yeni təklif verdi - Detallar
Tanınmış reperi həbsxanada döydülər
Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib
"Yelo Bank" 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu
Konfrans Liqası: I turun oyunlarına start verilir
Bakı–Şamaxı yolunda avtomobil aşıb, yaralananlar var
Bakıda 20 yaşlı oğlanı bıçaqladılar
ABŞ-la münasibətlərin düzəlməsi üçün 10 il vaxt lazımdır
Zelenski Brüsselə getdi - Onlarla görüşəcək
Nazirlər Kabineti 'Azərişıq' və 'Azərenerji' ilə bağlı qaydada dəyişiklik edib
Teleqramda bu da mümkün olacaq
Buxarada Azərbaycan–Özbəkistan dostluq konserti təşkil olunub
Azercell-in dəstəyi ilə "AWS Agentic Football Cup" keçiriləcək