Məşhur avtomobil markası Azərbaycanda istehsal ediləcək

Məşhur avtomobil markası Azərbaycanda istehsal ediləcəkRusiyanın "AvtoVAZ" şirkəti Azərbaycanda "Lada" avtomobillərinin yığılmasını təşkil etmək üçün danışıqlar aparır. Bu barədə şirkətin rəhbəri Maksim Sokolov Moskvada keçirilən "Rossiya" forum-sərgisi çərçivəsində jurnalistlərə bildirib.
Qeyd edək ki, hələ yanvarda təşkil olunan "AvtoVAZ"ın təqdimatında qeyd olunub ki, şirkət Azərbaycanda iri aqreqatların yığılması üsulu ilə avtomobillərinin kütləvi istehsalına başlamağı planlaşdırır.
Bəs görəsən bu təşəbbüs ölkə iqtisadiyyatına və avtomobil bazarına hansı töhfələri verə bilər?
KONKRET.azmövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı ölkədə "Lada" avtomobillərinə böyük maraq olduğunu, lakin bu maşınların bir çox komponentlərdə geri qaldığını deyib.
"Ölkədə "Lada" markalı avtomobillərə əzəldən böyük maraq var. Bazarda tələb olunan başlıca tələb olunan markalardan biri də məhz elə budur. Ancaq bu maşınların nə qədər dözümlü olması sual altındadır. Artıq VAZ öz dövrünü başa vurub. Bu maşınların təhlükəsizlik sistemi arzuolunan səviyyədə deyil.
Dizayn baxımından hər nə qədər müasirləşdirilsə də, Çinin ən pis modelindən belə bərbad haldadır. Birinci sual budur ki, bizə bu lazımdırmı? Ancaq iqtisadi cəhətdən ölkəyə divident gətirə bilər.
Digər tərəfdən Azərbaycanda utilizasiya prosesi başlayır. Köhnə avtomobillər tədricən yığışdırılacaq. İnsanların ucuz və sərfəli avtomobillər əldə etməsi üçün belə bir addım əslində məqsədəuyğun olar. Çünki ölkəmizdə "Lada" istehsalı başlayarsa insanlar yerli bazardan bu modeldə daha ucuz və yeni avtomobillər əldə edə bilər".
İqtisadçı-ekspert Asif İbrahimli bu təşəbbüsün ölkə iqtisadiyyatına ciddi töhfə verəcəyini qeyd edib:
"AvtoVAZ" şirkəti Azərbaycanda "Lada" avtomobillərinin yığılmasını və birbaşa istehsal olunmasını, eyni zamanda region ölkələrinə satışı təmin etmək üçün belə bir bəyənat vermişdi. Bu baxımdan Azərbaycan perspektiv olaraq həm Avropaya, həm də Mərkəzi Asiya ölkələrinə çıxış üçün əlverişlidir.
Ona görə düşünürəm ki, digər xarici investorlar kimi, Rusiyanın da ən böyük istehsalçılarından biri olan "AvtoVAZ" şirkətinin də Azərbaycanda belə bir təşəbbüs göstərməsi heç də təəccüb yaratmamalıdır. Məlum olduğu kimi, Ukrayna-Rusiya münaqişəsi nəticəsində Rusiya məhsullarının, o cümlədən avtomobillərinin bir çox ölkəyə çıxışı məhdudlaşdırıldı. İstehlakçılar arasında başlıca Avropa ölkələrinin istehsal etdiyi avtomobillərə daha çox üstünlük verildi. Ancaq qiymət baxımından bir çox müştəri üçün "Lada" avtomobilləri uyğun seqment hesab olunur.
Bu baxımdan təkmilləşdirmə işləri aparıb Azərbaycandan bu avtomobillərin satışını həyata keçirmək optimal variant sayılır. Düşünürəm ki, Azərbaycan iqtisadiyyatına faydası olacaq. Hər şeydən öncə belə bir avtomobil zavodunun ölkədə qurulması yeni iş yeri deməkdir. Hansı regionda açılacaqsa, həmin regionun inkişafına ciddi töhfə verəcək addımdır.
Digər tərəfdən həmin zavodda təkcə avtomobil deyil, ehtiyat hissələrinin də bazasıdır. Nümunə üçün qeyd edim ki, Özbəkistanda "Daewo" zavodu açıldıqdan sonra akumlyator və təkər istehsalı da başladı. Bu baxımdan belə bir təşəbbüsün Azərbaycan iqtisadiyyatına ciddi töhfələr verəcəyini düşünürəm".

Sosial       Tarix: 16 fevral 2024
f Paylaş

Oxşar xəbərlər

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat


son xeberler azerbaycan xeberleri yeni xeberler iqtisadiyyat xeberleri bugun son xəbər cəbhədən canlı qurban bayrami 2026