Məşhur italyan rejissor VƏFAT ETDİ
İtaliyada solçu görüşü təmsil edən məşhur kinorejissor Citto Maselli 92 yaşında dünyasını dəyişib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, məlumatı Kommunist Yenidənqurma Partiyasının Baş katibi Mauritsio Acerbo açıqlayıb.
"Citto Massellinin vəfat etməsi xəbərini böyük kədər hissi ilə elan edirəm. İtalyan kinosu və mədəniyyəti bir maestronu, böyük rejissorunu itirdi", – o deyib.
Qeyd edək ki, 9 dekabr 1930-cu ildə Romada anadan olan Citto Maselli 1949-cu ildə Milli Kino Məktəbini bitirib və rejissor köməkçisi kimi çalışıb. Daha sonra 1955-ci ildə Viskonti sayəsində 16-cı Venesiya Film Festivalında yarışan "Abandoned" filmini çəkib.
1980-ci illərdə məşhur kinorejissor "A Tale of Love" kimi filmləri ilə diqqət çəkib. Bu filmlə Valeriya Qolino 43-cü Venesiya Film Festivalında ən yaxşı qadın roluna layiq görülüb. Maselli isə eyni filmlə Münsiflər Heyətinin Böyük Mükafatını qazanıb.
Masellinin 1990-cı ildə çəkdiyi "İl Segreto" filmi 40-cı Berlin Beynəlxalq Film Festivalında nümayiş etdirilib.
İqbal Rzayev,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb