Məşhur türkiyəli aktyor koronavirusa yoluxdu: Tamaşası təxirə salındı - FOTO
Məşhur türkiyəli aktyor koronavirusa yoluxdu: Tamaşası təxirə salındı - FOTO
Məşhur türkiyəli aktyor Haluk Bilginer koronavirusa yoluxub.
Aktyorun səhhətinin yaxşı olduğu, xəstəliyi istirahət və dərmanlar vasitəsilə yenməyə çalışdığı bildirilir.
Haluk Bilginerin 19 ildən sonra türkiyəli məşhur aktrisa Zuhal Olcayla yenidən bir araya gəldiyi "Kel Diva" tamaşasının nümayişi də xəstəlik səbəbindən təxirə salınıb.
Qeyd edək ki, tamaşanın nümayişi daha əvvəl Haluk Bilginerin Ancelina Coli ilə birlikdə rol aldığı "Mariya" filminin Avropada çəkilişləri ilə əlaqədar təxirə salınmışdı.
Yunan əsilli amerikalı soprano sənətçisi Mariya Kallasın həyatından bəhs edən "Mariya" filmində Ancelina Coli Kallası, Haluk Bilginer isə yunan əsilli armator Aristotel Onassisi canlandıracaq. Ssenarisini Stiven Naytın yazdığı "Mariya" filmi Mariya Kallasın 1970-ci illərdə Parisdəki həyatından və yaşadığı dərin tənhalıqdan bəhs edir.
Mənbə: NTV.com.tr / oxu.az

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Politoloq: "3+3" formatı 6 ildir nəticə vermirsə, bundan sonra da real effekti olmayacaq
Bakıda 21 yaşlı kişi bıçaqlandı
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq
"İflic olacağam və yataqda qalacağam
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Qızıl və gümüş bahalaşdı
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ
İsrail Prezidenti Bakıya BELƏ GƏLİBMİŞ
Naxçıvanda avtomobil piyadanı vurdu
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var