Məşhurlar 'Bir kirayə, bir ev' kampaniyasına dəstək oldular – İANƏLƏR
İzmir Böyükşəhər Bələdiyyəsi Kahramanmaraşda baş verən şiddətli zəlzələdən zərər çəkən vətəndaşlar üçün "Bir kirayə, bir ev" kampaniyasına başlayıb.
azxeber.com xəbər verir ki, kampaniyaya Gülşen, Pınar Deniz, Meltem Cumbul, Armağan Çağlayan, Sıla, Mert Fırat və Hakan Altun kimi məşhurlar dəstək olub.
Fevralın 6-da Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlər 10 əyalətdə böyük dağıntılara səbəb olub. Zəlzələdən ən çox zərər çəkən vilayətlərdən biri olan Hatay 2 gün öncə daha iki zəlzələ ilə silkələnib. İzmir Bələdiyyəsi də evləri dağılan və ya ciddi ziyan dəymiş vətəndaşlar üçün "Bir kirayə, bir ev" kampaniyasına başlayıb.
Dünən Halk TV-də yayımlanan xeyriyyə gecəsi təxminən 6 saat davam edib. Proqramın əvvəlində kampaniya haqqında danışan İzmir Böyükşəhər Bələdiyyə Başçısı Tunç Soyer "28 min 466 ailənin sığınacağa ehtiyacı var. Buradakı 100-dən çox dostumuz könüllülərlə birlikdə bu yardımları və həmrəyliyə qoşulmaq istəyən vətəndaşları dinləyəcək", - deyə bildirib.
Bu kampaniyayada məşhur adlardan dəstək gecikməyib. Canlı yayıma bağlanan bir çox məşhurlar zəlzələ qurbanları üçün maddi yardım ayırıb.
Gülşən 120 min TL, Pinar Deniz 100 min TL, Armağan Çağlayan 1 milyon TL, Meltem Cumbul 40 min dollar, Sıla Gençoğlu bir konsertinin bütün xərcini, Hakan Altun 5 ailəyə bir illik kirayə ev, Mert Fırat 10 ailəyə kirayə ev, Erol Evgin 50 min TL, Yıldız Tilbe 12 ailəyə kirayə evin maddi xərci ilə zəlzələ qurbanlarına dəstək olublar.
Ayşən

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Bakıda 21 yaşlı kişi bıçaqlandı
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq
"İflic olacağam və yataqda qalacağam
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Qızıl və gümüş bahalaşdı
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ
İsrail Prezidenti Bakıya BELƏ GƏLİBMİŞ
Naxçıvanda avtomobil piyadanı vurdu
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var
Göbələk mövsümü: Zəhərlənmə halları ilə bağlı xəbərdarlıq edildi