Messi İngiltərə üzərindəki qələbəni görün kimə həsr etdi
Argentina millisinin kapitanı Lionel Messi DÇ-2026-nın yarımfinalında İngiltərə üzərində qazanılan 2:1 hesablı qələbəni Argentina futbolunun əfsanəsi Dieqo Maradonaya həsr edib.
KONKRET.az xəbər verir ki, Messi oyundan sonra belə deyib:
"Əminəm ki, Dieqo bizi yuxarıdan izləyir və bu qələbədən böyük sevinc duyur. Bu qələbə onun üçündür. Bu gün mənim üçün hər zaman xüsusi məna kəsb edib. Ona bu sevinci yaşada bildiyim üçün xoşbəxtəm. İnanıram ki, o, ətrafda baş verən hər şeydən xəbərdardır və bundan zövq alır. Biz Dieqonun dövründə yaşamaq şansını əldə etmişik. Heç vaxt özümü onunla müqayisə etmək istəməmişəm və bilirəm ki, o, məni sevirdi. Ən çox birlikdə keçirdiyimiz gözəl anları xatırlamağa üstünlük verirəm", – deyə Messi bildirib.
Xatırladaq ki, yarımfinal görüşü Argentinanın əzmkar qələbəsi ilə başa çatıb. Cənubi Amerika təmsilçisi 85-ci dəqiqəyədək 0:1 hesabı ilə geridə olsa da, matçın sonlarında vurduğu iki qolla 2:1 hesablı qələbə qazanaraq finala vəsiqə əldə edib.
DÇ-2026-nın finalında Argentina millisi İspaniya ilə qarşılaşacaq. Həlledici oyun iyulun 19-da keçiriləcək.
Müşviq Tofiqoğlu
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA