Mətbuat Şurasının Dil Komissiyasının genişləndirilmiş iclası keçirilib - FOTOLAR

Mətbuat Şurasının Dil Komissiyasının genişləndirilmiş iclası keçirilib - FOTOLARAzərbaycan Mətbuat Şurasının Dil Komissiyasının genişləndirilmiş iclası keçirilib. Toplantını giriş sözü ilə Komissiya sədri, "APA Holdinq"in rəhbəri Vüsalə Mahirqızı açaraq bildirib ki, rəhbərlik etdiyi qurum Prezident İlham Əliyevin ötən il noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinə həsr olunmuş yığıncaqdakı çıxışında və bu il yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində ana dilimizlə bağlı həssas məqamlara, xüsusən dövlət başçısının dilimizin qorunmasının vacibliyinə dair fikirlərinə adekvat fəaliyyəti hədəf seçib. Komissiyanın işinin daha səmərəli qurulması üçün onun tərkibinə dilçi alimlər və mütəxəssislər cəlb olunub. V.Mahirqızı eyni zamanda mediadakı dil pozuntuları ilə bağlı bəzi xarakterik məqamlara diqqət çəkib, qurumun üzərinə düşən missiyanı layiqincə yerinə yetirəcəyinə inandığını bildirib.
Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli mediada, xüsusən onlayn mediada Azərbaycan ədəbi dilinin qorunmasına yönələn müzakirələrin aparılmasının zəruriliyini vurğulayıb. O, dilimizin saflığının qorunması istiqamətində daha çox praktik addımların atılmasının faydalı ola biləcəyini deyib.
Toplantıda çıxış edənlərdən Dil Komissiyasının üzvləri - Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli, həmin təhsil ocağının Filologiya fakültəsinin "Müasir Azərbaycan dili" kafedrasının müdiri, professor Tofiq Hacıyev, "Xalq qəzeti"nin baş redaktoru Əflatun Amaşov, əməkdar artist Nərgiz Cəlilova, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Təhsil şöbəsinin müdiri, dosent Rasim Heydərov, İTV telekanalının aparıcısı Vüsalə Məmmədova, "Xalq qəzeti"nin baş redaktor müavini Tahir Aydınoğlu, həmçinin Mətbuat Şurasının İdarə Heyətinin üzvləri Müşfiq Ələsgərli və Yeganə Hacıyeva media məkanında ana dilindən istifadə sahəsindəki pozuntularla bağlı xarakterik tendensiyalara diqqət çəkib, belə halların aradan qaldırılması üçün sistemli monitorinqlərin aparılmasının, onların nəticələrinin cəmiyyətə çatdırılmasının vacibliyi, habelə jurnalistlərə konkret dil xətalarının əksini tapdığı tövsiyə mətnlərinin ünvanlanmasının əhəmiyyəti üzərində dayanıblar.
Qeyd edək ki, Mətbuat Şurasının Dil Komissiyasının tərkibi Şuranın İdarə Heyətinin bu gün keçirilmiş iclasında təsdiqlənib. Sədr Vüsalə Mahirqızı, sədr müavini Seyfənddin Hüseynli və katib Nadir Yalçın olmaqla, ümumilikdə 12 nəfərdən ibarət olan tərkibdə adları çəkilən şəxslərlə yanaşı, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli, həmin təhsil ocağının Filologiya fakültəsinin "Müasir Azərbaycan dili" kafedrasının müdiri, professor Tofiq Hacıyev, "Xalq qəzeti"nin baş redaktoru Əflatun Amaşov, əməkdar artist Nərgiz Cəlilova, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Təhsil şöbəsinin müdiri, dosent Rasim Heydərov, İTV telekanalının aparıcısı Vüsalə Məmmədova, "Xalq qəzeti"nin baş redaktor müavini Tahir Aydınoğlu ilə yanaşı, MŞ-nin İdarə Heyətinin üzvü, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı, Şuranın Nəzarət Təftiş Komissiyasının üzvü, "Vətən səsi" qəzetinin baş redaktoru Elşən Əliyev yer alıb.
Mətbuat Şurasının Dil Komissiyasının genişləndirilmiş iclası keçirilib - FOTOLARMətbuat Şurasının Dil Komissiyasının genişləndirilmiş iclası keçirilib - FOTOLARMətbuat Şurasının Dil Komissiyasının genişləndirilmiş iclası keçirilib - FOTOLARMətbuat Şurasının Dil Komissiyasının genişləndirilmiş iclası keçirilib - FOTOLARMətbuat Şurasının Dil Komissiyasının genişləndirilmiş iclası keçirilib - FOTOLARMətbuat Şurasının Dil Komissiyasının genişləndirilmiş iclası keçirilib - FOTOLARMətbuat Şurasının Dil Komissiyasının genişləndirilmiş iclası keçirilib - FOTOLARMətbuat Şurasının Dil Komissiyasının genişləndirilmiş iclası keçirilib - FOTOLAR

Sosial       Tarix: 10 yanvar 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB

Tovuzda bir nəfərin ölümünə, bir nəfərin isə xəsarət almasına səbəb olan şəxs saxlanılıb. Polisin keçirdiyi müvafiq tədbirlər nəticəsində kəsici-deşici alətlə Ü. Abdullayevə xəsarət yetirən və Nizami Qurbanovu qətlə yetirməkd

Azərbaycanda balıq bahalaşdı - Qiymətlər

Ölkədə geniş həcmdə yetişdirilən çəki balığının nohurlarda yetişdirildiyi təsərrüfatlardan kütləvi satışına başlanılıb. Bundan əlavə, sentyabr ayından etibarən rəsmi balıq ovu mövsümünün açılması bazarlarda canlanmaya səbə

"Lyuk"a düşüb xəsarət alan məmur xanımına görə - AAYDA rəsmisi cəzalandırılıb

Bakıda məmurlardan birinin xanımı açıq qalmış yağış kanalizasiya quyusuna düşərək xəsarət alıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hadisə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi 13B ünvanınd

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Azərbaycanda avtomobil yollarında vəziyyət açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, oktyabrın 24-ü ölkə ərazisinin bəzi yerlərində yağıntılı və dumanlı hava şərait

Azərbaycanın 2060-cı il hədəfi üzrə strategiya təsdiqləndi

Azərbaycan Baş naziri Əli Əsədov tərəfindən "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" təsdiq edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) istinadən xəbər verir ki, strategiya ölkəni

Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var

Naxçıvanda zəncirvari yol qəzası olub. Hadisə şəhərin Topçubaşov küçəsində qeydə alınıb. Belə ki, "Hyundai", "Audi" və iki "Kia" markalı avtomobilin toqquşması nəticəsində 5 nəfər; 2001-ci i

Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub

Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub hissəsində qaçaqmal aşkar olunub. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən -a verilən məlumata görə, DSX Sahil Mühafizəsinin sahil nəzarəti bölməsinin, texniki müşahid

Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü

Gəncə Birləşmiş Uşaq Xəstəxanasında 5 aylıq körpə vəfat edib. Gədəbəy rayon sakini 2026-cı il təvəllüdlü X. Məmmədova ağır vəziyyətdə tibb müəssisəsinə yerləşdirilib. Təxminən 20 dəqiqə sonra körpə vəfat edib. Faktla bağl

Yeni prokuror tanınmış hakimin oğludur

Xəbər verdiyimiz kimi, Baş prokuror Kamran Əliyevin Əmri ilə Pərviz İbayev Binəqədi rayon prokuroru vəzifəsinə təyin edilib. -un "Unikal"a istinadən məlumatına görə, Pərviz İbayev Məhkəmə-Hüquq Şurasının keçmi


azerbaycan xeberleri son xeberler yeni xeberler dunyada son xeberler sonxeber.az en son xeberler son.xeber