Metrodan istifadə edənlərə ŞAD XƏBƏR
"Metro ödənişlərinin "Google Pay", "Apple Pay" və digər elektron cüzdanlarla inteqrasiyası planlaşdırılır".
azxeber.com xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü Elvin Abbasov bildirib.
O qeyd edib ki, "Bakı Metropoliteni"nin mobil tətbiqinin istifadəyə verilməsi nəzərdə tutulur:
"Artıq metropolitendə geniş Data Analitik Departamenti fəaliyyət göstərir və qərarlar data əsaslı analizlərə söykənərək qəbul olunur. Rəqəmsal əkiz (digital twin) texnologiyası ilə aparılan simulyasiyalar nəticəsində metro sıxlığının azaldılması məqsədilə 10 yeni stansiyanın layihələndirilməsi prosesi davam edir. Bu stansiyalardan biri yaxın zamanda istifadəyə veriləcək, digərləri isə 2030-cu ilə qədər mərhələli şəkildə açılacaq".
E.Abbasov əlavə edib ki, hazırda "Bakı Metropoliteni" illik 220-230 milyon sərnişin daşıyır:
"Onlardan təxminən 6 milyonu güzəştli (ödənişsiz) keçidlərdir. Gündəlik sərnişin sayı iş günlərində orta statistik hesabla 740 min nəfərə qədər yüksəlir".

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma
Qeyri-qida malları ilə bağlı YENİ QAYDA