Metronun "Xocəsən" stansiyası istismara hazırlanır
"Bakı Metropoliteni"nin Xocəsən qəsəbəsində ikinci elektrik deposu və yerüstü stansiyası istismara hazırlanır.
azxeber.com xəbər verir ki, bu barədə Report-a "Bakı Metropolteni" QSC-dən bildirilib.
Məlumata görə, hazırda sınaq, həmçinin abadlaşma işləri aparılır.
Qeyd edək ki, "Xocəsən" metrostansiyası Bənovşəyi xəttə daxildir. Bundan əvvəl sözügedən xəttin "Avtovağzal", "Memar Əcəmi", "8 Noyabr" stansiyaları istifadəyə verilib.
2011-ci ildə "Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi" təsdiq edilib. Bu sənədə görə perspektivdə Bakı metropoliteninin ümumi şəbəkəsi 3 mövcud (Qırmızı, Yaşıl və Bənövşəyi) və 2 əlavə yeni xətt (Mavi və Sarı) olmaqla, 5 xətdən, 77 stansiyadan, 6 elektrik deposundan və 120 km-ə yaxın xətlərdən ibarət olmalıdır.
Turlar.az [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var