Meyxanaçı Ağamirzə: "Necə deyim ki, sən meyxanaçı deyilsən?"

Meyxanaçı Ağamirzə: Meyxanaçı Ağamirzə: "Necə deyim ki, sən meyxanaçı deyilsən?"
"Fərqli meyxana deyənlər var, onları sıradan çıxarmaq lazımdır".
Bunu tanınmış meyxanaçı Ağamirzə Məmmədov "Teleqraf"ın suallarını cavablandırarkən deyib.
Onunla müsahibəni təqdim edirik:
- Ağamirzə müəllim, meyxananın hazırkı səviyyəsini necə dəyərləndirirsiniz?
- Hazırkı səviyyə əladır, yaxşı meyxanaçılarımız var.
- Sizcə, son vaxtlar televiziyalarda meyxana sahəsinə və meyxanaçılara az yer verilməsinin səbəbi nədir?
- Əvvəllər meyxanaya həsr edilən proqramlarımız çox idi. Bununla belə, qeyd etdiyim kimi, bu gün meyxana sahəsinin səviyyəsi yaxşıdır. Meyxanaçılar arasında istedadlı gənclərimiz yetişir. Kim deyirsə, meyxana gözdən düşüb, yalan deyir.
- Meyxananın üslubunda nə kimi əskik tərəflər var, söz ustadı olaraq bu sahədə nələri dəyişmək istərdiniz?
- Elə bir sahə yoxdur ki, orada əskikliklər, nöqsanlar olmasın. İş olan yerdə nöqsan və çatışmazlıqlar da olmalıdır. Dediyim kimi, əvvəlki illərlə müqayisədə meyxananın səviyyəsi daha yüksəkdir. Burada hamımızın zəhməti var.
- Sizcə, meyxana sahəsində nəyi düzəltməyə ehtiyac var?
- Fərqli meyxana deyənlər var, onları sıradan çıxarmaq lazımdır. Yəni qeyri-peşəkarlar mövcuddur. Amma kimə deyim ki, "sən meyxanaçı deyilsən", "sən pis meyxana söyləyirsən". Bu ixtiyar əlimizdə yoxdur. Sosial şəbəkələrdə istədiyi meyxananı deyir, istədiyi meyxananı yazır, təqdim edir. Sosial media hesabında canlı yayım açır. Bunların qarşısını almaq mümkünsüzdür. Təbii, bu sahədə ciddi problem olsa, ciddi də ölçü götürərik. Bunlar ciddi problemlər deyillər.
Meyxana sahəsində ciddi problemlər olsa, hamımız ayağa qalxarıq. Maşallah, bizim yanımızda ordu var - meyxana deyənlər... Mən hansı bir meyxanaçıya desəm ki, gəlin bir araya toplaşaq, filan məsələni həll edək, 99 faizi hazırdır. Onlar dediyimi təsdiqləməyə və dəstək olmağa hazırdırlar.
- Gənclər meyxanaçı Balaəli Maştağalını daha çox sevirlər. Bununla razısınızmı?
- Bəli, Balaəli Maştağalını mən özüm də sevirəm. Yaxşı meyxana deyəndir, hazırcavabdır. Yalnız Balaəli Maştağalı deyil, bir neçə meyxanaçı var ki, çox sevilir. Balaəli çox ağıllı, tərbiyəli və böyüyə qulaq asan oğlandır.
- Bir çox meyxanaçı meyxanadan mahnı janrına keçib, Namiq Qaraçuxurlu, Pərviz Bülbülə...
- Bir ara bu hal dəhşət idi. Bir çoxu musiqili meyxanaya qaçdı, sonra gördü ki, alınmır. Bu sahənin bir neçə ustadı var, yalnız onlarda gözəl alındı. Mən də onları dəstəkləyir və alqışlayıram.
Dəfələrlə bir neçəsinə dedim ki, ay bala, meyxana deyənsənsə, meyxananı söylə, müğənnisənsə, müğənniliyini et. Bir-iki meyxanaçıda musiqili meyxana yaxşı alındı, digərləri də elə zənn etdi ki, onlarda da keyfiyyətli alınacaq. Gördülər ki, keyfiyyətli iş ortaya çıxmadı, yerlərində oturdular. Namiq Qaraçuxurlu, Pərviz Bülbülə, Vüqar Maştağalı, Vasim Əzizovda bu janr gözəl alındı, başqalarında yox.
- Samirə Yusifqızıdan başqa qadın meyxanaçı yoxdur. Necə düşünürsünüz, bu sahə yalnız kişilər üçündür?
- Samirə Yusifqızıdan başqa bir neçə qadın meyxanaçımız da var, Mətanət Naxçıvanlı və başqaları.
- Ümumiyyətlə, xanım və meyxana sənəti nə dərəcədə bir-birinə uyğundur?
- Meyxana olduqca çətin sənətdir. Çox böyük istedad tələb edir. Məsələn, Samirə Yusifqızıda meyxana alınır, Mətanət Naxçıvanlı normal meyxana deyir. Meyxana deyənlərdən bir çoxu bəzi Xalq artisti və Əməkdar artistimizdən ustadır. Məsələn, Əməkdar artistlərdən biri ildə iki mahnı yazdırır, yarımsaatlıq toy mərasimlərində iştirak edir.
Amma meyxana sahəsi elə deyil, hər gün təzə meyxana deməlisən. Bunun üçün savad və güc lazımdır. Biz hər gün meyxana meydanında oluruq. Elə bir meyxana meydanı olmur ki, oradan tərlə çıxmayım.
Bəzi müğənnilər isə ildə beş-altı mahnı yazdırır və məclislərdə yalnız fonoqrama oxuyur. Bunlarla meyxana deyənləri necə eyni çəkiyə qoymaq olar?! Hər dəfə məclisə gedəndə yenə də sözün yaxşı mənasında həyəcan keçirirəm, yaxşı meyxana demək üçün... Meyxana sahəsi çox çətin sənətdir.
- Həmkarınız, meyxanaçı Ağakərimin (Kərim Novruzov) səhhəti necədir?
- Ağakərimin səhhəti yaxşı deyil. Necə var, elə də davam edir, nə danışır, nə hərəkət edir. Ailəsi, yaxınları sağ olsunlar, əziyyətini çəkirlər. Allah ailəsinə, yaxınlarına səbir versin! Allah dostuma şəfa versin! Mən ziyarətinə gedəndə üzümə baxır, tanıyır, amma heç nə büruzə vermir. Deyəndə ki, bildin kim gəlib, başını tərpədir ki, hə.
- Bir müddət əvvəl Ağakərimə baş çəkib, sosial şəbəkələrdə paylaşım edən sənətçiləri tənqid etmişdiniz...
- Əslində, sosial şəbəkədə Ağakərimin o vəziyyətdə videosunu paylaşmağı düzgün hesab etmirəm. Mən də bir-iki dəfə sosial media hesabımda paylaşım etdim.
Onu da deyim ki, elə sənətçilər var, bir dəfə də Ağakərimin yanına gəlməyiblər. Onu ziyarət edənlər barmaqla sayılası qədərdir. / oxu.az

Şou Biznes       Tarix: 27 yanvar 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Ölən qızı 11 ay əvvəl boşanıbmış

Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib. Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvə

Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı

Lvbel C5 səhnə adı ilə tanınan türkiyəli reper Süleyman Burak Bodur saxlanılıb. Bu haqda "Sözcü" məlumat yayıb. Onun saxlanılmasına səbəb azərbaycanlı reper Asya Əlizadə ilə birgə ifa etdiyi "K" mahnıs

"Ceylan"la "Haydar Ali"dən eşq etirafı - FOTO

"Yeraltı" serialının ulduzları Devrim Özkanla Deniz Can Aktaş sevgili olduqlarını elan ediblər. Özkan ötən gün sevgilisi ilə birgə fotosunu paylaşıb. Cütlüyün eşq etirafı gündəm olub. /

Survivor 2027'nin kapitanları onlar oldu

"Survivor 2027"nin yeni mövsümünün detalları bəlli olub. Layihənin aparıcısı Acun Ilıcalı ikiqat çempionlar Turabi Çamkıran və Ogeday Girişkenin yeni mövsümdə komanda kapitanı olacağını açıqlayıb. Könüllü iştirakçıla

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

Türkiyədə məşhurlara qarşı aparılan narkotik araşdırması çərçivəsində saxlanılan aktrisa Çağla Bozun narkotik testi ilə bağlı nəticə açıqlanıb. Türkiyə mediası xəbər verir ki, əməliyyat zamanı aralarında aktrisa Çağla Bozu

Azərbaycan məşhur yapon serialında - Foto

Yaponiyanın məşhur "Vivant" serialının ikinci mövsümündə Azərbaycanın təbiəti, mədəni irsi və müxtəlif regionları təqdim olunacaq. Serialın Azərbaycanda çəkilişləri başa çatıb. Azərbaycan Turizm Bürosu (ATB) "Toky

"Yalı çapkını"nın aktrisası Bakıda toyda

Türkiyəli aktrisa Buçe Buse Kahraman Azərbaycana gəlib. Aktrisa Bakıda toylardan birində iştirak edir. Bu barədə paylaşım edən Buse məclisdə çəkdirdiyi fotoları yayımlayaraq azərbaycan dilində "Təki toy olsun" deyə

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar

Xalq artisti Məleykə Əsədovanın ailəsinə ağır itki üz verib. "Qafqazinfo"ya istinadən verdiyi məlumatına görə, sənətçinin bacısı qızı Mina ötən gün İranda ağır xəstəlikdən vəfat edib. Üç qız anası olan 29 yaşl

Güllünü öldürən doğma qızına bu cəza verildi

Yalovanın Çinarcık rayonunda ötən il evinin pəncərəsindən yıxılaraq dünyasını dəyişən "Güllü" kimi tanınan sənətçi Gül Tutun ölümü ilə bağlı istintaq başa çatıb. Ifaçını öldürmək şübhəsi ilə saxlanılan Tuğyan Ülke


yeni xeberler son xeberler azerbaycan xeberleri maraqlı xəbərlər oxu.az xeberler zelzele bu gunun xeberleri haqqinda melumat