Mikayıl Cabbarov: 'Azərbaycan investorlarla əməkdaşlığa açıqdır

Mikayıl Cabbarov: 'Azərbaycan investorlarla əməkdaşlığa açıqdırAzərbaycan investorlarla əməkdaşlığa açıqdır və ənənəvi enerji istehsalçısı kimi ölkədə bərpa olunan enerji layihələrinə sərmayə qoyan beynəlxalq enerji şirkətləri və milli liderlərdən ibarət yaxşı qrup formalaşıb.
azxeber.com Report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin CGTN telekanalına müsahibəsində deyib.
"Mülayim enerji keçidini təmin etmək üçün həm institusional, həm də iqtisadi siyasət və infrastrukturun inkişafı baxımından sistemli şəkildə sərmayə qoyuruq. Bu gün biz 2030-cu ilə qədər bərpa olunan mənbələrdən enerji tələbatının 30 %-ni qarşılamaq hədəfimizdən xeyli irəlidəyik.
Buna görə də təsadüfi deyil ki, Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ev sahibi ölkəsi kimi yekdilliklə seçilib. Biz bu məsələyə tam məsuliyyətlə yanaşır və bu prosesə öz töhfəmizi vermək üçün ciddi çalışırıq.
Azərbaycan COP29-a sədrlik etməkdən şərəf duyur və məqsədimiz bu il diqqəti iqlimin maliyyələşdirilməsi mövzusuna yönəltmək olacaq. Biz yeni təşəbbüslərə töhfə vermək üçün maraqlı tərəflərlə əl-ələ verib işləməyə çalışırıq və COP29 maraqlı səyahət olacağını vəd edir. İstərdim ki, ölkələr verdiklərə sözlərə əməl etsinlər və COP29-da real addımlar atmağı öhdələrinə götürsünlər", - nazir bildirib.
Enerji keçidi və bərpa olunan enerjinin istehsalından danışan M.Cabbarov xatırladıb ki, hazırda Azərbaycan həm neft, həm də təbii qaz kimi qalıq yanacaqların Avropaya tədarükçüsü olmaqda davam edir, lakin ölkənin eyni zamanda məqsədi Avropa İttifaqına "yaşıl" enerji ixrac etmək olan layihəni həyata keçirməyi planlaşdırması da tamamilə təbiidir.
"Bu, Azərbaycanın Gürcüstan, Bolqarıstan, Rumıniya, eləcə də Macarıstanla birgə təşəbbüsü ilə həyata keçirilən regional layihədir. Bu layihə Azərbaycanda külək və günəş enerjisinin istehsalını və onun Qara dəniz vasitəsilə Avropa bazarlarına nəqlini nəzərdə tutur", - nazir bildirib.
Xatırladaq ki, "yaşıl" enerjinin istehsalı və çatdırılması sahəsində Strateji Tərəfdaşlıq haqqında Saziş 2022-ci il dekabrın 17-də Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın dövlət və hökumət başçıları tərəfindən imzalanıb. Enerji körpüsü Azərbaycanın Ağstafa rayonunda hasil ediləcək "yaşıl" elektrik enerjisini Gürcüstan (Kulevi limanı) və Qara dəniz vasitəsilə Rumıniyaya (Konstansa limanı) çatdırmaq və sonradan Macarıstana və Avropanın qalan hissəsinə nəql etmək üçün layihələndiriləcək.
Azərbaycan ilkin mərhələdə Qara dəniz vasitəsilə Avropaya 4 GVt "yaşıl" enerji ixrac etməyi planlaşdırır.
Azərbaycanda təkcə quruda külək və günəş enerjisinin potensialı 27 GVt təşkil edir, işğaldan azad edilmiş ərazilərin potensialı isə 10 GVt-dır. Xəzər dənizinin Azərbaycan sektoru 157 GVt külək enerjisi potensialına malikdir. Ölkənin ümumi quraşdırılmış elektrik enerjisi gücündə bərpa olunan enerjinin payının 2027-ci ilədək 33 %-ə çatdırılması planlaşdırılır.

İqtisadiyyat       Tarix: 27 mart 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Qızıl ucuzlaşdı - Yeni qiymətlər

Qızıl bazarında qiymət dəyişikliyi müşahidə edilib. . Bir sıra əyarlı qızılların qiymətində kəskin ucuzlaşma baş verib. Ucuzlaşmanın qeydə alındığı qızıl növlərinin yeni qiymətlərini təqdim edirik:. 583 əyar: 125 AZN-də

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler bugun kriminal hava haqqinda havanın temperaturu