Millət vəkili: "Post müharibə dövrü yeni təhsil konsepsiyasının hazırlanmasını zəruri edir

Millət vəkili: "Post müharibə dövrü yeni təhsil konsepsiyasının hazırlanmasını zəruri edirMillət vəkili: "Post müharibə dövrü yeni təhsil konsepsiyasının hazırlanmasını zəruri edir"
2020-ci il keyfiyyətli təhsil almaq imkanlarını məhdudlaşdırıb və təhsilin idarə olunması, onun inkişaf etdirilməsi üçün hökumətin qarşısında bu istiqamətdə yeni çağırışların diqqətlə nəzərdən keçirilməsini labüd edib. Belə ki, mart ayının 3-dən etibarən ölkəmizin bütün təhsil müəssisələrində tədris prosesinin məlum səbəblər üzündən dayandırılması təhsil sisteminin müvəqqəti olaraq distant təhsillə əvəz olunması ilə nəticələnib.
Bu sözləri Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.
Millət vəkili bildirib ki, Ali Baş Komandanın əmri ilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Vətən Müharibəsinə, habelə işğalda olan ərazilərimizin Ermənistan silahlı qüvvələri və terror qruplaşmalarından təmizlənməsinə sentyabr ayının 27-dən başlanılıb:
"Məhz erməni təcavüzü nəticəsində son 30 ildə işğal olunmuş ərazilərdə bütün təhsil infrastrukturu dağıdılıb, mövcud ali, orta ixtisas məktəbləri yerlə yeksan edilib. Bu azmış kimi sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin döyüş zonasından uzaqda olan şəhər və rayonlarımızı raket atəşinə tutması, həmçinin hərbi təcavüz nəticəsində 8 məktəblimiz həlak olub, 16 məktəblimiz yaralanıb, 50 ümumtəhsil məktəbə ciddi ziyan dəyib, tədris binaları tam yararsız hala düşüb. Cəbhə xəttindən xeyli kənarda yerləşən Tərtərdə 14, Ağdamda 14, Gəncədə 8, Füzulidə 5, Kəlbəcər və Goranboyda 3, Yevlax, Bərdə və Ağcabədidə isə 1 məktəb binası dağıntılara məruz qalıb. Qeyd etmək lazımdır ki, təkcə Ağdam rayonunun Qaradağlı kənd tam orta məktəbində 400 şagird və 43 müəllimdən ibarət pedaqoji heyət fəaliyyət göstərir. Əgər sadə hesablama apararaq nəzərə alsaq ki, belə ziyan dəymiş məktəblərin sayı çoxdur, o zaman minlərlə şagird və pedaqoji heyətin təhsillə bağlı problem yaşaması təbiidir".
Məzahir Əfəndiyev vurğulayıb ki, Azərbaycan Respublikası 2016-cı ilin yanvar ayından etibarən "2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik" və bu gündəlikdən irəli gələn 17 Dayanıqlı İnkişaf Məqsədlərini fəal, dinamik və məsuliyyətli bir şəkildə icra edir:
"Azərbaycan istər "Könüllü Milli Hesabat"Iarın təqdim olunmasında, istərsə də qlobal məqsədlərə nail olmaq yolunda fərqlənən ölkələr sırasındadır.  2020-ci ilin ortalarında Azərbaycan DİM-lər üzrə əldə etdiyi nəticələrə əsasən təqdim olunan "Cənubi Qafqazda Dayanıqlı İnkişaf Məqsədlərinin göstəriciləri" adlı hesabatda qlobal göstərici siyahısında 54-cü, Cənubi Qafqaz regionunda isə ilk sırada yer aldı. DİM4 - "Keyfiyyətli Təhsil" üzrə əldə edilmiş tərəqqi isə hesabatda xüsusi olaraq qeyd olunub.
Belə ki, son illər təhsildə həyata keçirilmiş islahatlara nəzər yetirsək, təkcə ötən il ölkədə 133 yeni məktəbin tikilməsi, 14 məktəbin əsaslı təmir edilməsi, 500-ə yaxın məktəbdə cari təmir işlərinin aparılması və müasir texniki baza ilə təmin olunmasının nəzərə alındığını görərik. Həyata keçirilmiş işlərin 90 faizinin regionlarda icra olunması bir daha heç kimin kənarda qalmaması prinsipindən biri və ən vacibidir".
Millət vəkili qeyd edib ki, bütün Azərbaycan xalqının gözləntisi şanlı Azərbaycan Ordusunun tezliklə bütün Qarabağın erməni işğalçılarından təmizlənməsi və Azərbaycanın suverenliyinin bərpasıdır:
"Bu gün Təhsil Nazirliyi, habelə Nazirlər Kabineti üçün prioritet məsələlərdən biri ayrıca olaraq Qarabağda təhsilin keyfiyyətli inkişafına dair yeni konsepsiyanın hazırlanması və Dayanıqlı İnkişaf Məqsədlərinin 4-cü - keyfiyyətli təhsil məqsədində nəzərdə tutulan hər bir Azərbaycan vətəndaşına təhsilin əlçatanlığını təmin etmək olmalıdır". /oxu.az

Siyasi       Tarix: 07 noyabr 2020
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev Si Cinpini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli cənab Sədr,. 1 Oktyabr – Çin Xalq Respublikasının Yaranması Günü münasibətil

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın

Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir

Böyük Britaniyanın müdafiə naziri Vernon Koker ilk dəfə olaraq ADEX sərgisində iştirak edir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, nazirlə birlikdə Britaniyanın 18 şirkəti d

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm


yeni xeberler son xeberler azerbaycan xeberleri xabar az cebheden xeber xeber.az 2026 kriminal bugun