Millət vəkilindən farssayağı rəqs edən kişilərə: "Əzilib-büzülürlər

Millət vəkilindən farssayağı rəqs edən kişilərə: Son zamanlar azərbaycanlı bəylərin toylarda milli rəqs adı ilə farssayağı rəqs etmələri ciddi müzakirə yaradıb.
Onların rəqs zamanı xüsusən bel sındırmaları, süzmələri tənqid olunur.
Sosial şəbəkələrdə paylaşılan görüntülərə etiraz edənlər bildiriblər ki, bu mənzərə, fars stilində rəqs türk kişisinə yaraşmır və getdikcə dəb halını alması qəbuledilməzdir.
Milli Məclisin deputatı Tahir Kərimli də pravda.az-a açıqlamasında məsələyə etirazını bildirib.
Deputat sözügedən tərzdə rəqs edənlərə qarşı çıxanları tam müdafiə etdiyini deyib:
"Ümumiyyətlə, bu məsələ məni hədsiz dərəcədə narahat edir. Tarix boyu zaman-zaman milli rəqslərimizə Qafqaz stili, türk oynaqlığı, türk xalqlarının rəqs motivləri daxil olub. Əzəldən kişilərin rəqslərinə əzəmət, qadınlara süzmək xas olub. Qadın atlanıb-düşsün, kişi əzilib-büzülsün - belə şeylər olmayıb. Bilmirəm, bu, kənar təsirlərdən, İranın təsirindən qaynaqlanır, ya nədir? Rəqslərin  xarakterinin dəyişməsinə adi məişət hadisəsi kimi yox, insanların təhtəlşüurunun, onların milli dünya görüşlərinin dəyişməsi kimi baxıram.
Azərbaycan xalqı, Azərbaycan kişisi vüqarlı duruşunu, rəqsini qoruyub-saxlamalı, duruşundan, rəqsindən əzəmət yağmalıdır. Qadınlarda isə zəriflik, incəlik olmalıdır. Çox təəssüf edirəm. Bir yandan Avropadan, digər yandan İrandan gələn stil qarışıb, rəqsimiz qarmaqarışıq olub. Bədən, əl-qol hərəkətlərində tamamilə harmoniya itib. Milli rəqsimizdə başqa xalqların rəqslərinin təsiri altında bizə qətiyyən yaraşmayan formalar yer alıb. Bundan çox narahatam. Xalqımdan xahiş edirəm, belə şeylərdə diqqətli olsunlar. Bunun kökü hara gedir çıxır? Övladlarımız, nəvələrimiz rəqs edəndə belə onlara düzəliş verməliyik, onları Azərbaycan ahəngini qəbullanmağa təşviq etməliyik. Qoy belə eybəcər hərəkətlər, konfiqurasiyalar uşaqlıqdan formalaşmasın. Maarifçilik işinə evlərin içindən, uşaq bağçalarından başlamalıyıq. Yoxsa internet sisteminin içində itib-batacağıq.
Azərbaycançılığımız çox vacib parçasını itirmək təhlükəsi qarşısındadır. Xalqımı oyaq olmağa çağırıram ki, bu, inkişaf edib gələcəkdə çox qorxulu, narahatlıq törədən amilə çevrilməsin". / azxeber.com

Sosial       Tarix: 18 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı

Ülvi Cəfərova ağır itki - Foto

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anas

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında


yeni xeberler son xeberler azerbaycan xeberleri krimnal bugun cəbhədən son durum qurban bayrami 2026 cəbhədən görüntüleri