Milli Məclis Torpaq Məcəlləsinə dəyişikliyi qəbul etdi

Milli Məclis Torpaq Məcəlləsinə dəyişikliyi qəbul etdiMilli Məclis Torpaq Məcəlləsinə təklif edilən dəyişiklik layihələrini III oxunuşda qəbul edib.
KONKRET.azxəbər verir ki, dəyişiklik layihələri parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Qeyd olunub ki, layihəyə əsasən, yay və qış otlaqları xırdabuynuzlu heyvandarlıq təsərrüfatlarının ehtiyacları nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə inzibati-ərazi vahidləri arasında bölüşdürüləcək.
Yay və qış otlaqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə "Torpaq icarəsi haqqında" qanunla müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə dövlət və bələdiyyə mülkiyyətində olan xırdabuynuzlu heyvandarlıq təsərrüfat sahibi hüquqi şəxslərə istifadəyə, digər heyvandarlıq təsərrüfatı sahibi fiziki və hüquqi şəxslərə isə yalnız icarəyə verilir.
Dövlət mülkiyyətində olan örüş və biçənək sahələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə informasiya sistemi vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi və ya belə təsərrüfat qurmaq istəyən fiziki və hüquqi şəxslərə icarəyə verilir. Bələdiyyələrin mülkiyyətində olan yaşayış məntəqələrinin yaxınlığında ümumi örüş sahələri ödənişsiz və müddətsiz olaraq məntəqə əhalisinin heyvanlarının yemlənməsi üçün istifadə olunur. Bələdiyyələrin ehtiyat torpaq fondunda olan digər örüş və biçənək sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi olan və ya belə təsərrüfat qurmaq istəyən hüquqi və fiziki şəxslərin icarəsinə verilir və bu barədə məlumat informasiya sisteminə daxil edilir.
Yay və qış otlaqları (qış otlağının 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkini istisna olmaqla), örüş və biçənəklərin əkin məqsədli istifadəsinə yol verilmir. Hüquqi və fiziki şəxslər yay və qış otlaqlarından, örüş və biçənək sahələrindən səmərəli istifadə etməli, bitki örtüyünü, su mənbələrini, köç yollarını və mal-qara düşərgələrini qoruyub saxlamalı, baytarlıq-sanitariya qaydalarına və digər tələblərə riayət etməlidirlər. Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəni-məişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər.
Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Dəyişikliklər qəbul ediləcəyi təqdirdə torpaqların istifadəsi ilə bağlı ayrı-ayrı qurumların işinin EKTİS üzərindən vahid yanaşma ilə əlaqələndirilmiş formada təşkili həyata keçiriləcək, torpaqların icarəyə (istifadəyə) verilməsi ilə əlaqədar müvafiq məlumatların daşınmaz əmlakın dövlət reyestrindən EKTİS-ə real vaxt rejimində ötürülməsi təmin ediləcək, icarəçilərin (istifadəçilərin) rahatlığını təmin etmək üçün müddəti on bir aydan az olan icarə və istifadə hüquqlarının tanınması daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat tələbi götürülməklə birbaşa EKTİS-ə daxil edilməklə tənzimlənəcək.

Siyasi       Tarix: 24 fevral 2023
f Paylaş

Oxşar xəbərlər

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Avropada həyəcan təbili: Trampın Rusiya ilə "böyük sövdələşməsi" nəyi dəyişəcək?

Avropa ölkələri ABŞ prezidenti Donald Trampın Rusiya ilə yalnız Ukraynadakı müharibənin dayandırılmasını deyil, bütövlükdə Avropanın təhlükəsizlik sisteminin yenidən qurulmasını nəzərdə tutan "Böyük sövdələşmə"

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini


son xeberler azerbaycan xeberleri yeni xeberler krimnal xeber cəbhədən görüntüleri ən son xəbərlər bugün cəbhədən son durum