Milli Mətbuat və Jurnalistika Günündə Azercell media nümayəndələrinə hədiyyə təqdim edir
"Azercell Telekom" ənənəsinə sadiq qalaraq 22 iyul Milli Mətbuat və Jurnalistika Günündə media işçilərini özünəməxsus şəkildə təbrik edir.
Jurnalistlərin peşə bayramı münasibətilə 22-23 iyul tarixlərində "Mediacell" tarifinin bütün istifadəçilərinə və 2-ci Qarabağ müharibəsində iştirak etmiş media əməkdaşlarına Azercell-dən 5 GB mobil internet paketi hədiyyə veriləcək. Media nümayəndələri hədiyyə paketini qeyd olunan tarixlərdə 1875 açar sözünü 2723 qısa nömrəsinə göndərməklə əldə edə biləcəklər.
Lider mobil operator vəzifə borcunu yerinə yetirərkən şəhidlik zirvəsinə ucalmış jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovu hər zaman dərin ehtiramla yad edir, onların ailə üzvlərini diqqətdən kənarda qoymur.
Qeyd edək ki, "Azercell Telekom" ölkəmizdə jurnalistikanın inkişafına, mətbuat nümayəndələrinin peşəkar bacarıqlarının artırılmasına dəstək məqsədilə çoxsaylı layihələr həyata keçirib, onlar üçün davamlı şəkildə ingilis dili kursları təşkiledir və xüsusigüzəştli "Mediacell" tarif paketi təqdim edir.
Azercell ölkə və dünya gündəmində olan məsələləri işıqlandıran, bu sahədə çalışan bütün jurnalistləri vəmedia əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edir, fəaliyyətlərində müvəffəqiyyətlər arzulayır! / azxeber.com
Kurslar.az kurslar [newsid: 0-123300]

Bakıda avtomobil piyadanı vurub
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib