Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirildi - FOTOLAR

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Qurtuluşun banisi" adlı tədbir keçirilib.
Bakı şəhəri 7 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə R.Behbudov adına Mahnı Teatrında keçirilən tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Azərbaycan Dövlət Pedaqoji Universitetin (ADPU) rektoru Cəfər Cəfərov, Səbail Rayon İcra Hakimiyyəti (RİH) başçısının muavini Kəmalə Haşımova, Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov, Yeni Azərbaycan Partiyasının (YAP) Səbail Rayon Təşkilatının sədri Muxtar Nağıyev, millət vəkilləri Nigar Arpadarai, Vüqar İsgəndərov, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, ictimaiyyət nümayəndələri, məktəbin məzunları, valideynlər, məktəb direktorları, müəllimlər, şagirdlər və KİV nümayəndələri iştirak ediblər.
Tədbir Alim Qasımov və Fərqanə Qasımovanın ifasında Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Sonra Azərbaycan xalqının dahi oğlu, qüdrətli dövlət xadimi və müdrik siyasətçi Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin inkişafı naminə misilsiz xidmətlər göstərmiş Ümummilli Liderin hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyət olduğunu söyləyib. Ulu Öndərin ideyalarının Zəfər tariximizə işıq saldığını qeyd edən M.Vəliyeva bildirib ki, işğaldan azad edilən torpaqlarımızda gedən böyük quruculuq işlərinə öz töhfələrini verən gənclik yetişdirmək işində Azərbaycan məktəblərinin, müəllimlərin üzərinə böyük vəzifələr düşür.
Daha sonra Şuşa haqqında hazırlanmış "Ata vəsiyyəti" adlı videoçarx nümayiş olunub, şəhid övladlarının ifasında təqdim olunan "Yaşa, Azərbaycan" mahnısı ifa edilib.
Daha sonra "Mənim atam qəhrəmandır" layihəsi çərçivəsində Şəhidlərimizin övladlarının təqdimatında Cəlal Qurbanovun bəstəsi olan "Zəfər Marşı" ifa edilib.
Çıxış edən Səbail RİH başçısının muavini Kəmalə Haşımova, ADPU-nun rektoru Cəfər Cəfərov, millət vəkilləri Nigar Arpadarai, Vüqar İsgəndərov, YAP Səbail Rayon Təşkilatının sədri Muxtar Nağıyev, Xalq artisti Afaq Bəşirqızı, məktəbin məzunu, "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Rüfət Həmzəyev Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə "Heydər Əliyev İli" elan olunmasını dahi rəhbərə olan ümumxalq sevgisinin təcəssümü, xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətləri ilə çoxəsrlik tariximizin ən parlaq səhifələrini yazan Ulu Öndərə böyük ehtiramın göstəricisi olduğunu vurğulayıblar. Bakı şəhəri 7 nömrəli tam orta məktəbin təqdim etdiyi "Qurtuluşun banisi" adlı tədbir məktəblilərin Ümummilli Liderə olan sevgi və hörmətinin nümunəsi kimi dəyərləndirilib.
Tədbirdə şagirdlər dahi şəxsiyyət Heydər Əliyevə həsr olunmuş şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.
 Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirildi - FOTOLARMilli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirildi - FOTOLARMilli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirildi - FOTOLARMilli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirildi - FOTOLARMilli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirildi - FOTOLARMilli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirildi - FOTOLARMilli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirildi - FOTOLARMilli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirildi - FOTOLARMilli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirildi - FOTOLARMilli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirildi - FOTOLARMilli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirildi - FOTOLARMilli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirildi - FOTOLARMilli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirildi - FOTOLARMilli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirildi - FOTOLARMilli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirildi - FOTOLAR/ azxeber.com

Sosial       Tarix: 08 iyun 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya


son xeberler yeni xeberler azerbaycan xeberleri siyaseti xeberler bugun son xeber son xeberler azerbaycan en son xeberler bu gun