Milli Şura Azərbaycanın uğurlarına kölgə sala bilməz' - Deputat münasibət bildirdi

Milli Şura Azərbaycanın uğurlarına kölgə sala bilməz' - Deputat münasibət bildirdi"Dünya hal-hazırda növbəti dəfə böyük qlobal müharibənin astanasındadır".
Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib.
Deputat bildirib ki, regional konfliktlərin qloballaşma şəraitində zəncirvari reaksiya şəklində bir-birinə təsir göstərməsi və ertələnmiş siyasi düyünlərin açılmağa başlaması böyük geosiyasi təhdidlər yaradır: "Bu konteksdə insan amili çox mühüm rola malikdir. Çünki, xalqlar, müxtəlif qruplar bu böyük təhdidin fərqində olaraq dövlətlərinin mümkün dərəcə az təsirlə bu proseslərdən keçməsi üçün əlindən gələni edir. Digər qisim isə var ki, dövlətin, xalqın regional və qlobal proseslər səbəbilə içində olduğu çətinlikləri siyasi ambisiyaya çevirərək, ölkə xarici qrupların maraqları naminə addımlar atmağa səy göstərir.
Ölkəmiz Qarabağda möhtəşəm zəfərin ardından yeni geosiyasi hədəflər formalaşdırmaqdadır və bu konteksdə "Böyük Qayıdış" prosesinin tam sürətlə davam etdirilməsi, işğaldan azad edilmiş torpaqlarımızın siyasi, iqtisadi, sosial, mədəni baxımdan ölkə həyatına inteqrasiyası, minalanmış ərazilərin təmizlənməsi, eynilə iqtisadi layihələrin çox şaxəliliyi, yaşıl enerjiyə keçid istiqamətində atılan addımlar nəinki Azərbaycanın daxili auditoriyası, eləcə də bir çox dövlət, beynəlxalq təşkilat tərəfindən Azərbaycanın öz potensialını rellaşdırmasının mümkün nəticələri olaraq qəbul edilir. Çox təəssüflər olsun ki, xüsusilə də hazırki şəraitdə, hər bir Azərbaycanlı ardıcıl zəfərlərimizin yaratdığı fəxarət hissini bütün varlığı ilə daşıyarkən, bəziləri bu qələbəmizə kölgə sala bilmək üçün əlindən gələni edir. Maraqlıdır ki, Azərbaycanda radikal müxalifətin şüarları ilə Azərbaycana qarşı mənfi rəy yaratmağa çalışan xarici mərkəzlərin əsassız ittihamları arasında fikir bənzərliyi var. Bunun özü belə bir daha təsdiq edir ki, bu kimi şüarlar xaricdən sifarişlənməklə, məqsədi hazırda Prezident cənab İlham Əliyev rəhbərliyində özünün zirvəsində olan lider-ordu-xalq birliyinə zərər vurmaq və onun güclənməsinə mane yaratmaqdır.
Azərbaycan höküməti hazırda ölkənin həm bütün sahələrdə, xüsusilə də prioritet mövzularda irəliləməsi üçün effort sərf edir, diplomatik traffik demək olar ki bütün sahələrdə özünü göstərir. Eyni zamanda, üzləşdiyimiz bir sıra problemlərin həlli üçün presedenti olmayan addımlar atılır. Azərbaycan özünün dövlət müstəqilliyinin ən qüdrətli, ərazi bütövlüyünün tam olduğu dövrünü yaşayır. Bəs 21 aprel tarixinə təyin edilmiş mitinqin məqsədi nədir? Milli Şuranı narahat edən nədir ki, onlar əhalinin sıx toplaşdığı ərazilərdə mitinq keçirmək arzusundadırlar.
Məqsəd əslində ortadadır. Azərbaycanın qələbəsinə kölgə salmaq istəyən, Qarabağ zəfərini açıq şəkildə həzm edə bilməyən qlobal mərkəzlərlə, Azərbaycandakı radikal müxalifəti birləşdirən ən önəmli cəhətlərdən biri məhz elə bu məqsədin özüdür: siyasi həzmsizlik. Güclənən dövlətçiliyimizi, şaxələn iqtisadiyyatımızı, güclənən mənəvi bağlarımızı və bütün bunların dövlətimizin inkişafına olan təsirlərini bir təhdid olaraq qəbul edirlər. Çünki, hər bir Azərbaycanlı canlı tarix olaraq yaşadığımız bugünlərdən fəxarət və qürur hissi ilə bəhs edərkən, narazılıq etmək, hətta bu amal uğrunda əhalinin kütləvi toplaşdığı məkanları seçərək "saxta izdiham" görüntüsü formalaşırmaq və bizə qarşı "yalançı dəlil" axtarışında olan siyasi mərkəzlərə bu minvalla yardım göstərmək dövlətçiliyimizin güclənməsinə töhfə verməyə çalışan kəsin davranışı ola bilməz".
Onun sözlərinə görə, Azərbaycan xalqı ağı-qaradan seçməyi bacaran, bütün dünyada isə özünün dəmir iradəsi ilə tanınan xalqdır: "Milli Şura hansı addımı atırsa atsın, Azərbaycanın, dövlətimizin, xalqımızın uğurlarına kölgə sala bilməz. Çünki, bütün proseslər xalqın gözü qarşısında baş verir. Xalqımız özü şahidlik etdi ki, Azərbaycan ordusu yenilməz mifinə özləri də inandırılmış erməni ordusunu necə darmadağın etdi, ərazi bütövlüyümüz necə tamamilə bərpa edildi. Xankəndidə ucaldılmış bayraq Azərbaycanı sevməyən hər kəsin qəlbinə sancılmış oxdan başqa bir şey deyildi. Amma, 21 apreldə təyin edilmiş mitinq özü bir daha göstərir ki, biz bu oxla daxildən də bir çoxunun gözləntilərini, maraqlarını alt-üst etmişik.
Azərbaycanın uğurlarına sevinməyən, Cənab Prezident İlham Əliyevin Qarabağ problemini kökündən həll etdiyini qəbullanmayan, planlarının alt-üst olduğunu anlayan bu radikal müxalifət nümayəndələri, əslində isə ruhlarını satmış, bioloji olaraq azərbaycanlı olan bu şəxslər rus sülhməramlılarının Azərbaycandan nə zamansa çıxacağına inanmırdılar. Belə olacağı təqdirdə hərəsi bir vəd verirdi və kinayə ilə yanaşırdılar bu məsələyə. Bu proses vaxtından əvvəl yekunlaşdı. Rus sülhməramlıları Azərbaycan torpaqlarını tərk edir. İndi isə müxtəlif ssenarilər quraraq buna başqa don geyindirməyə çalışırlar. Bir sözlə, bu insanlar 80-90-cı illərin xülyaları və yanaşmaları ilə yaşayırlar. Bunların düzəlməsi və Azərbaycan naminə faydalı bir iş görməsi heç zaman mümkün deyil. Bunlar yalnız qrant arxasında qaçırlar və öz havadarlarından, böyüklərindən daha çox vəsait və qrant əldə etmək üçün dəridən-qabıqdan çıxırlar. Hər gün də mitinq, etiraz etsələr, onların arxasınca gedən insanlar yoxdur. Bu insanlar, onlarla birlik olanlar belə çox təəssüflər olsun ki, təsir altına düşüblər. Utandıqlarından onlardan ayrıla bilmirlər. Bəziləri var ki, illərin müxtəlif zamanında bu radikallardan ayrıldılar, onlar da müxalifətdədirlər, əsl müxalif sima nümayiş etdirirlər, Azərbaycan, ümummilli maraqlar naminə birləşməyi bacarırlar. Onlar sözün əsl mənasında yaxşılığa doğru çatmağımız üçün müxalifətçilik edirlər. Milli maraqlar, dövlət maraqları üçün həmişə həmrəylik nümayiş etdirirlər. Təəsüf ki, bu qüvvələr bunu bacarmırlar, bacarmadılar və bacarmayacaqlar. Həmişə necə olublarsa, bundan sonra da bu cür qalacaqlar. Yalnız qrant üçün öz mövqelərini gücləndirmək üçün dövlət əleyhinə çıxacaqlar. Xalqı yanlışlara doğru yönləndirməyə çalışacaqlar". / azxeber.com

Sosial       Tarix: 20 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində


azerbaycan xeberleri yeni xeberler son xeberler oxu.az xeberler xəbərlər.com cəbhədən son görüntülər xəbər az