Millimiz Avropa çempionatında rekordunu yenilədi
Azərbaycan millisi 22 yaşadək boksçular arasında Avropa çempionatında medal rekordunu yeniləyib.
KONKRET.az xəbər verir ki, yığma bu nailiyyətə Monteneqronun Budva şəhərində keçirilən qitə birinciliyində imza atıb.
Belə ki, millimiz tarixində ilk dəfə Avropa çempionatında 5 medal qazanıb. İndiyədək boksçularımız analoji yarışda 4 dəfə fəxri kürsüyə yüksəlmişdilər. Komanda 2012-ci ildə Rusiyada, 10 il sonra Xorvatiyada 1 qızıl, 1 gümüş və 2 bürünc medala yiyələnib.
Budvadakı yarışda Nicat Hüseynov (51 kq) 2 qat Avropa çempionu tituluna yiyələnib. Ondan əvvəl 2012-ci ildə Elvin İsayev (60 kq), 2019-cu ildə Məhəmməd Abdullayev (+91 kq) qitə birinciliyinin qızıl medalına sahib olublar.
U-22-lərin Avropa çempionatı həmçinin qadınların yarışında Azərbaycanın ilk medalını qazanması ilə əlamətdar olub. Komandanın heyətində Marjona Savriyeva (50 kq) 3-cü yeri tutaraq, adını boks tariximizə yazdırıb.
Monteneqrodakı Avropa çempionatında Azərbaycan yığmasının heyətində Nicat Hüseynov (51 kq) qızıl, Əzrək Bəbirov (57 kq) gümüş, Tural Sarıyev (48 kq), Murad Allahverdiyev (80 kq) və Marjona Savriyeva (50 kq) bürünc medal qazanıblar.

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var