Millimiz Hindistan və Ukrayna ilə üz-üzə gələcək
Azərbaycanın kişilərdən və qadınlardan ibarət milliləri Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında bu gün V turun görüşlərini keçirəcək.
KONKRET.az xəbər verir ki, kişilərdən ibarət yığma Hindistanla qarşılaşacaq.
Qadınlardan ibarət milli isə Ukrayna ilə üz-üzə gələcək.
Qeyd edək ki, kişilərdən ibarət yığmamız buna qədər Monteneqro (3:1), İordaniya (3,5:0,5), Finlandiya (3,5:0,5) və Moldovanı (3:1) məğlub edib. Qadınlardan ibarət komandamız isə Sloveniya (3:1), Nikaraqua (4:0) və Avstraliyadan (3:1) üstün olub, Argentina ilə heç-heçə edib – 2:2.
Teymur Rəcəbovun kapitanı olduğu kişilərdən ibarət millidə Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı yer alıblar.
Kapitanı Mixail Şereşevski olan qadınlardan ibarət kollektiv isə Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədovadan ibarətdir.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq
Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi
"Dedi ki, başına oyun açacam" - "Bolt" sürücüsü qadına zorakılıq edib?
Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı
Yaşayış binasında yanğın: sakinlər təxliyə olundu
Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
Masazırda ağır qəza: ölən var
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Roma imperiyasının süqutundan müasir Avropaya: Tarix həqiqətən təkrarlanırmı?