Millimiz İrlandiyaya böyük hesabla uduzdu - YENİLƏNDİ

Millimiz İrlandiyaya böyük hesabla uduzdu - YENİLƏNDİFutbol üzrə Azərbaycan millisi 2022-ci il dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Publika.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu kollektiv A qrupundakı 6-cı matçında İrlandiya yığmasını qəbul edib. Bakı Olimpiya Stadionunda oynanılan və norveçli FIFA referisi Espen Eskasın idarə etdiyi görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
De Byazi əvvəlki oyunlarla müqayisədə bu dəfə meydana daha hücumameylli heyət buraxıb. Qapını Şahruddin Məhəmmədəliyev qoruyub. Müdafiənin mərkəzində kapitan Maksim Medvedevlə Höccət Haqverdi, cinahlarında isə Abbas Hüseynov və Anton Krivotsyuk yer alıb. Yarımmüdafiə xəttini Qara Qarayev, Emin Mahmudov, Toral Bayramov və Filip Ozobiçdən ibarət "dördlük" təşkil edib. İtaliyalı mütəxəssis hücumda isə ilk dəqiqələrdən Mahir Emreli ilə Namik Ələskərova şans verib.
Oyunda hesab erkən qolla açılıb. 7-ci dəqiqədə Kallum Robinson uzaq məsafədən baxımlı qolla komandasını önə çıxarıb. Buraxılan qoldan sonra irəli atılan Azərbaycan millisi 11-ci dəqiqədə yaxşı əks-hücum təşkil etsə də, sol cinahdan Emrelinin yerlə ötürməsini müdafiəçilər meydandan çıxarıblar. Hücumun davamında yerinə yetirilən künc zərbəsi zamanı Haqverdinin başla vurduğu top qapının üstündən keçib. 6 dəqiqə sonra cənubi azərbaycanlı müdafiəçi növbəti dəfə diqqət mərkəzinə düşüb. Bu dəfə də zərbəsində dəqiqlik çatmayıb. Az sonra Ozobiç uzaq məsafədən qapını nişan alsa da, hədəfdən yayınıb. İrlandiyalılar 31-ci dəqiqədə 2-ci qola yaxın olsalar da, Robinsonun saxlamadan birbaşa qapıya göndərdiyi top az fərqlə tirin üstündən keçib. Lakin 26 yaşlı hücumçu 8 dəqiqə sonra istəyinə çatıb və hesab arasındakı fərqi artırıb. İlk hissə bu hesabla yekunlaşıb. Fasilədən sonra daha yaxşı oyun sərgiləyən qonaqlar ardıcıl 2 epizodda təhlükə yaradıblar. Əvvəlcə Adam İdahın zərbəsinin qarşısını Haqverdi kəsib. Ardınca isə Robinsonun het-trik etməsinə qolkiper imkan verməyib. 70-ci dəqiqədə matçda VAR sistemindən istifadə olunub. Espen Eskas Mahir Emreli ilə rəqib müdafiəçi arasında ikili mübarizə zamanı penalti olub-olmamasını dəqiqləşdirmək məqsədilə VAR-a müraciət edib. Epizodun təkrarını izləyən referi görüşü davam etdirib. Azərbaycan millisi oyun ərzindəki ən real qol epizodunu 80-ci dəqiqədə yaxalayıb. Qara Qarayevin uzaq məsafədən qüvvətli zərbəsindən sonra rəqib qapıçı inamlı seyvlə yaddsa qalıb. Ardınca isə top qapı tirinə tuş gəlib. 85-ci dəqiqədə Məhəmmədəliyev komandasını 3-cü qoldan xilas edib. O, Robinsonun başla vurduğu topu çətinliklə zərərsizləşdirib. Matçın sonlarında Emrelinin uzaq məsafədən zərbəsi təhlükəli alınsa da, top qapıdan keçməyib. Az sonra 24 yaşlı forvardla Con İqan arasında mübahisə düşüb. Emreli özünə qarşı kobudluqdan sonra ondan üzr istəyən futbolçunun əlini sıxmaqdan imtina edib. O, daha sonra qonaqların digər oyunçusu ilə də gərginlik yaşayıb. Görüşdə son nöqtəni isə 90-cı dəqiqədə Çidozi Oqbene qoyub. O, başla topu tora qovuşdurub.
Bu qələbədən sonra xallarını 5-ə çatdıran İrlandiya yığması 4-cü pillədəki mövqeyini qoruyub. Azərbaycan isə 1 xalla qrupda sonuncudur.
Qeyd edək ki, bu qrupun digər oyununda Serbiya seçməsi Lüksemburqun qonağı olacaq.
xxx
21:04
Azərbaycan və İrlandiya yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyununda ikinci hissə başlayıb.
Publika.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu kollektiv məğlub durumdadır - 0:2.
xxx
20:47
Azərbaycan və İrlandiya yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyununda ilk hissə başa çatıb.
Publika.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu kollektiv fasiləyə məğlub yollanıb - 0:2.
xxx
20:39
Azərbaycan və İrlandiya yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyununda hesab dəyişib.
Publika.az xəbər verir ki, qonaq komandanın hücumçusu Kallum Robinson ikinci topu meydan sahiblərinin qapısından keçirib.
xxx
20:07
Azərbaycan və İrlandiya matçında hesab açılıb.
Publika.az xəbər verir ki, C.Robinson 7-ci dəqiqədə topu millimizin qapısından keçirib - 0:1.
xxx
Bakıda Azərbaycan və İrlandiya yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyunu başlayıb.
Publika.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən görüş saat 20:00-da start götürüb.
Qarşılaşmanı Norveçdən olan FIFA referisi Espen Eskas idarə edir.

İdman       Tarix: 09 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

ÇL: Bu gün daha 9 oyun var

Bu gün UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün Liqa mərhələsində II turun son oyunları keçirilir. KONKRET.azxəbər verir ki, turun ikinci oyun günündə də futbol azarkeşlərini maraqlı qarşılaşmalar gözləyir. 21 oktyabr

"Real Madrid"in ulduzu bu komandaya gedir

"Real Madrid"in əfsanəvi müdafiəçisi Dani Karvaxal karyerasında gözlənilməz addım ataraq İspaniyanın digər təmsilçisi "Xetafe" ilə müqavilə bağlayacaq. KONKRET.azxəbər verir ki, bu barədə məşhur insayde

Fransadakı iğtişaşlar NFL-ə də təsir etdi - Trampdan matç ilə bağlı təklif

ABŞ Prezidenti Donald Tramp Fransada baş verən iğtişaşlarla əlaqədar Parisdə keçirilməsi planlaşdırılan NFL matçının təxirə salınmasını təklif edib. xəbər verir ki, "The Athletic" nəşrinin məlumatına görə, Tram

Mariya Şarapova Bakıya gəlir

Məşhur tennisçi və iş adamı Mariya Şarapova Bakıda keçiriləcək "INMerge" İnnovasiya Sammitində iştirak edəcək. KONKRET.azxəbər verir ki, Trend-in məlumatına görə, sammit noyabrın 30-dan dekabrın 1-dək Bakı Konqre

Eşitmə məhdudiyyətli idmançımızdan yunan-Roma kubokunda mühüm qələbə

Belarusda eşitmə məhdudiyyətli kişilər arasında yunan-Roma və sərbəst güləş üzrə keçirilən Açıq Kubokda Azərbaycan idmançısı Qəmbər Türbətzadə bürünc medal qazanıb. xəbər verir ki, 72 kq çəki dərəcəsində mübarizə aparan güləşçimi

Millimiz dünya çempionatına qələbə ilə başladı

Azərbaycan millisi Bakıda keçirilən 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalında mübarizəyə başlayıb. KONKRET.azAZƏRTAC-a istinadən xəbər verir ki, U-16 yığmamız Bakı Kristal Zalında Timor-Leste komandas

Bakıda FIFA DÇ həyəcanı başlayır

Bu gün Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalı start götürəcək. xəbər verir ki, tarixdə ilk dəfə təşkil olunacaq mundiala Azərbaycan ev sahibliyi edəcək. Dünya çempionatında 189 ölkənin iştirak

İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada

FIFA prezidenti Canni İnfantino, U-15 dünya çempionatı və turnirinin Təşkilat Komitəsinin sədri Samir Şərifov və AFFA prezidenti Rövşən Nəcəf mundialın ilk oyun günü çərçivəsində Hövsan Yarış Kompleksini ziyarət ediblər

7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb. xəbər verir ki, bu barədə AMADA-dan məlumat verilib. Bildirilib ki, idmançı tərəfindən məkan məlumatı pozuntusu aşkarlanıb


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberler bu qun cəbhədən yeni xəbərlər bugünkü son xəbərlər gunun xeberleri