"Mina xəritələrinin Bakıya verilməsi üçün beynəlxalq ictimaiyyət İrəvana təzyiq göstərməlidir
Ermənistanın otuz ilə yaxın işğal dövründə torpaqlarımızda basdırdığı minalar mülki şəxslərin və hərbi qulluqçuların həyat və sağlamlığına ciddi təhlükə yaratmaqda davam edir.
Bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ağdamın Əhmədağalı kəndində baş vermiş mina partlayışına münasibət bildirərkən söyləyib.
"Növbəti mina qurbanı təsərrüfatla məşğul olan mülki şəxs olmuşdur. Belə ki, 2024-cü il 3 mart tarixində Ağdam rayonunun Əhmədağalı kəndi ərazisində baş vermiş mina partlayışı nəticəsində bir mülki şəxs ağır yaralanmışdır.
İkinci Qarabağ müharibəsindən indiyədək 340-dan çox soydaşımız minaya düşərək həlak olmuş və ya xəsarət almışdır.
Beynəlxalq ictimaiyyət Ermənistan hakimiyyətinə torpaqlarımızda basdırılmış minaların dəqiq xəritələrini ölkəmizə təqdim etməsi üçün ciddi təzyiq göstərməlidir", - hüquq müdafiəçisi qeyd edib. / azxeber.com
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR