Minasyan Paşinyanın planını İFŞA ETDİ: "Hər şeydə Rusiya günahkardır
"Nikol Paşinyanın planına görə, hər şeydə Rusiya günahkardır".
Publika.az xəbər verir ki, bunu Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan teleqram kanalında yazıb.
Onun sözlərinə görə, Paşinyan Moskva görüşündən 1 həftə əvvəl qələmə aldığı məqalədə, əslində, Ermənistanın strateji müttəfiqini ölkənin milli maraqlarına məhəl qoymamaqda günahlandırır: "Rusiyanın Qarabağla bağlı təkliflərinin ermənilər üçün vacib olan status məsələsini ehtiva etmədiyini iddia edir. Bütün bunların yalan olduğuna, bu cür böhtanın beynəlxalq münasibətlərdə ciddi şəkildə cəzalandırıldığına və yalanlarından bir daha təkcə ölkəmizin deyil, həyati maraqlarımızın da zərər görəcəyinə əhəmiyyət vermir. Danışıqların uğursuzluğunda günahkar olan Rusiya "feysbuk analitikləri" və Soros fəalları üçün çox əlverişli hədəfdir".
Minasyan bildirib ki, rəsmi şəkildə təkzib olunan Nikolun yalanı bir daha Ermənistanın beynəlxalq imicinə zərbə vurub. O, qarşısına iki hədəf qoyur: əvvəlcə Rusiyanı əsas günahkar halına gətirərək "anti-Nikolizm"i rusofobiya ilə əvəz etməyə çalışır. İkincisi, ermənilər və Ermənistan üçün son fəlakəti ehtiva edən geosiyasi manevrlərə zəmin hazırlayır.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan sözügedən məqaləsində Rusiyanın 2015-ci ildə Qarabağla bağlı "5 + 2" düsturuna əsasən 7 bölgənin Azərbaycana qaytarılması, qaçqınların geri qayıtması və rus sülhməramlılarının yerləşdirilməsini nəzərdə tutan təkliflər paketinin olduğunu, burada Dağlıq Qarabağın statusuna dair maddənin yer almadığını yazmışdı.
Zümrüd

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı
Bakıda bu şirkətə 16 min dollar cərimə yazıldı
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - FOTO
"Trabzonspor" "Qalatasaray"ı darmadağın edib
Elçin Yusubov Qarabağ bölgəsinin Rumıniya regionları ilə əlaqələrinin qurulmasını müzakirə edib - FOTOLAR
Prezident keçmiş futbolçunu fəxri diplomla təltif etdi
İllər sonra açılan "Kurtlar Vadisi" sirri - Kozinoğlu obrazını canlandıran aktyor İLK DƏFƏ DANIŞDI
66 yaşlı kişini motosiklet vurub öldürdü
Ərdoğan sabah ABŞ-yə səfər edəcək
Məşhur aktrisa vəfat edib
Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq