Mindən çox insana məzar olan gəminin qalıqları TAPILDI
İkinci Dünya Müharibəsində ABŞ tərəfindən batırılmış, 1060 avstraliyalı məhbusu daşıyan Yaponiyanın "Montevideo Maru" gəmisi Filippin sahillərində tapılıb.
KONKRET.azxarici mediaya istinadən xəbər verir ki, gəminin tapılmasını Avstraliyanın Baş naziri Entoni Albanese tviterdə təsdiqləyib.
Qeyd edək ki, "Montevideo Maru" 1 iyul 1942-ci ildə Amerika sualtı qayığı tərəfindən batırılıb. Gəmidə təxminən 979 avstraliyalı əsgər, 33 norveçli dənizçi, 20 yapon mühafizəçisi və ekipaj həlak olub. Bu, Avstraliya tarixində ən böyük dəniz fəlakəti hesab olunur.
Məlumata görə, gəmi Filippin sahillərində, 4 min metrdən çox dərinlikdə tapılıb. "Silent world" fondu axtarışı planlaşdırmaq üçün təxminən beş il vaxt sərf edib. Axtarışa dəniz dərinliklərində tədqiqatlar üzrə ixtisaslaşmış Niderlandın "Fugro" şirkəti, həmçinin Avstraliya Müdafiə Nazirliyi köməklik edib. Axtarışlar aprelin 6-da Filippinin Luzon adasından 110 km şimal-qərbdə Cənubi Çin dənizində başlayıb. Aprelin 18-də isə gəminin qalıqlarının yeri müəyyən edilib.
İqbal Rzayev,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Qızılın qiyməti kəskin ucuzlaşdı
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada
Bakıda FIFA DÇ həyəcanı başlayır