Mingəçevir şəhərinin bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır

Mingəçevir şəhərinin bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayırMingəçevir Su Elektrik Stansiyası 1955-ci ildə 360 meqavat tam gücü ilə işə salınıb. 1976-cı ildə isə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə böyük elektrik stansiyasının təməli qoyulmuşdur. Böyük stansiyanın birinci blokunun açılışı 1981-ci ildə məhz Heydər Əliyevin şəxsən iştirakı ilə olmuşdur. Mingəçevir SES  uzun illər Azərbaycan əhalisinin və ölkə iqtisadiyyatının elektrik enerjisinə tələbatın ödənilməsində mühüm rol oynayıb və Azərbaycanın enerji təminatında xüsusi yeri var. 
Ölkəmizin ən ağır günlərində-müstəqilliyin ilk illərində Azərbaycanın rayonlarında, eləcədə Bakı şəhərində elektrik enerjisi tez-tez kəsilirdi. Azərbaycan demək olar ki, heç özünü belə təmin edə bilmirdi. Həmin vaxtlar əsas yük Mingəçevir Elektrik Stansiyasının üzərinə düşürdü. Ümumi generasiya gücü 2400 meqavat olan stansiya ölkəmizi elektrik enerjisi ilə təmin edirdi. 
Lakin stansiyanın yenidən qurulmasına ehtiyac duyulurdu. Bu, dövlətimizin qarşısında duran prioritet məsələlərdən biri idi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə 2018-ci ildə stansiyanın yenidən qurulması prosesi başlanmışdır. Qısa müddət ərzində 8 blok tamamilə yenidən qurulmuş və istifadəyə verilmişdir və stansiya yenidən 2400 meqavat gücü ilə işləməyə davam etmişdir. 
Bərpa işləri nəticəsində burada 600 meqavatdan çox itirilmiş güclər bərpa edilib, bu da yeni bir böyük stansiyanın tikintisinə bərabərdir.
İkinci Qarabağ Müharibəsində məğlub olan ermənilər Azərbaycanın mülki obyektlərini atəşə tutmağa başladı. Həmçinin Azərbaycanı işıqsız qoymaq üçün Mingəçevir Su Elektrik Stansiyasını da uzaqmənzilli raketlərlə dağıtmağa çalışdılar. Lakin bunu bacarmadılar.
Energetika sahəsində Azərbaycanda son illər böyük irəliləyişlər var, çox mühüm layihələr icra olunub. Belə ki, son 20 il ərzində Azərbaycanda 34 yeni elektrik stansiyası tikilərək istismara verilib. Bu stansiyaların generasiya gücü  təqribən 3400 meqavata bərabərdir. Hazırda isə Azərbaycanın ümumi generasiya gücü 7200 meqavatdır.
Fevral ayının 13-də Bakıda "Gülüstan" sarayında  yeni 1280 meqavat gücündə elektrik stansiyasının təməlqoyma mərasimi keçirilib. Təməlqoyma mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış edib. Cənab prezident qeyd edib ki, Mingəçevir şəhərinin Azərbaycanın və nəinki Azərbaycanın, bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır, təxminən 1300 meqavat gücündə olan stansiya əlbəttə ki, bizim potensialımızı böyük dərəcədə gücləndirəcək. Bu Azərbaycanın enerji təhlükəsizliyinə verilən növbəti töhfə olacaq, yüzlərlə yeni iş yerləri yaranacaq və beləliklə, Azərbaycan öz imkanlarından tam istifadə edərək həm daxili tələbatı ödəyəcək, eyni zamanda, həm elektroenergetika, həm də təbii qaz sahəsində daha böyük addımlar atacaq. Çünki yeni tikiləcək stansiyada şərti yanacağın sərfiyyatı kifayət qədər aşağıdır və bu, imkan verəcək ki, ildə təqribən 800 milyon kubmetr qaza qənaət edilsin. Bu gün Avropa məkanında Azərbaycan qazına böyük tələbat olduğu üçün bu, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaqdır.
2025-ci ildə fəaliyyətə başlayacaq yeni stansiya Azərbaycanın şübhəsiz ki, potensialını daha da gücləndirəcək. 
Torpaqlarımız erməni işğalından azad ediləndən sonra bu ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri gedir. Yollar çəkilir, inzibati binalar tikilir. Ən əsası isə elektroenergetika sahəsindən başlanıb. Azad olunmuş ərazilərimizdə 10-dan çox yarımstansiya inşa edilib, eyni zamanda 10-dan çox su elektrik stansiyası inşa edilib. Postmüharibə dövründə Şərqi Zəngəzur bölgəsində 50 meqavatdan çox generasiya gücü yaradılıb və bu rəqəmin bu ilin sonuna qədər 200 meqavata çatdırılacağı nəzərdə tutulub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Bərpaolunan enerji növlərinin inkişafı üçün Azərbaycanda çox böyük potensial var. Hazırda iki stansiya inşa edilir – 470 meqavatlıq günəş və külək. Üçüncü stansiyanın inşası yaxın vaxtlarda başlayacaq, o da bizə təqribən 240 meqavat əlavə güc verəcək. Hazırda xarici investorlarla imzalanmış sənədlər əsasında 25 qiqavata qədər günəş və külək elektrik enerjisi stansiyalarının inşası nəzərdə tutulur – böyük hissəsi Xəzər dənizində, bir neçəsi isə quru sahələrdə. Yəni, bu, böyük potensialdır. Təkcə Xəzər dənizinin külək enerjisi potensialı 157 qiqavata bərabərdir. Biz bu gün doğrudan da böyük və önəmli işin təməlini qoyuruq. Əminəm ki, stansiya nəzərdə tutulmuş vaxtda inşa ediləcək və həm ölkəmizin enerji potensialını gücləndirəcək, imkanlarını gücləndirəcək və həm də xarici tərəfdaşlarla yeni, gələcək  layihələrə yol açacaqdır".
             
 Şəhla Ağbulud
"Abşeron" qəzetinin baş redaktoru / azxeber.com

Siyasi       Tarix: 15 fevral 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

İran XİN-dən 14 iranlının Azərbaycanda arzuolunmaz elan edilməsinə münasibət

İran Xarici İşlər Nazirliyi (XİN) 14 İran vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsi ilə bağlı məlumata münasibət bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, İran XİN-in sözçüsü İsmayı

"Azərbaycan öz zəfərini həm də quruculuq sahəsində davam etdirir

Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Xankəndidə, Zəfər tağının önündən xalqa müraciəti Azərbaycanın bugünkü gücünü və gələcək hədəflərini ifadə edən mühüm siyasi mesajlarla yadda qaldı. Dövlət başçısının müraciətind

Ərdoğandan yeni bəyanat – İlham Əliyevlə görüşün mühüm detalları üzə çıxdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə Şuşada keçirdiyi görüşdən və iki ölkə arasındakı münasibətlərdən danışıb. KONKRET.azxəbər verir ki, Ərdoğanın noyabrın 8-də Azərbaycana səfərində

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin


yeni xeberler son xeberler azerbaycan xeberleri bugunun xeberleri son xabarlar son xeberler az azerbaycanda son xeberler