Mingəçevirdən Bakıya sərnişin daşıdı - 3 min manat cərimələndi
Mingəçevir Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə karantin qaydalarını pozaraq Bakıya sərnişin daşımağa cəhd edən sürücü saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Open.az-a verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, sürücü Rəşad Əliyev sərnişinlərin hər birindən on beş manat almaqla idarə etdiyi "Mercedes" markalı mikroavtobusla onları Bakı şəhərinə gətirəcəyinə söz verib.
Sürücü R.Əliyev barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün şəhər məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o, üç min manat məbləğində cərimə edilib. Sərnişinlərə də İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlara ciddi xəbərdarlıq edilib.


Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR