"Minimum əməkhaqqı payızda artırılacaq, məbləğ isə..." - Vüqar Bayramovun ŞƏRHİ

2024-cü ilin noyabrın 1-dək minimum əmək haqqının artırılması ilə bağlı təkliflərin hazırlanması nəzərdə tutulub. Xatırladaq ki, minimum əmək haqqı sonuncu dəfə 2023-cü ilin əvvəlində artırılıb. O zamandan bu yana minimum əmək haqqı 345 manatdır.
Bəs payızda nəzərdə tutulan artımlardan sonra minimum əmək haqqı nə qədər ola bilər?
Millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramov KONKRET.az-a açıqlamasında bildirib ki, minimum əmək haqqının artırılması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu ilin noyabrınadək təkliflərin hazırlanması və təqdim olunması gözlənilir:
"Hazırlanan təkliflər hökümətdə nəzərdən keçirildikdən sonra büdcə paketi çərçivəsində müzakirə olunacaq. Bundan sonra, gələn ilin əvvəlindən minimum əmək haqqının artırılacağı gözlənilir. Hələlik minimum əmək haqqının nə qədər artırılacağı ilə bağlı rəsmi rəqəmlər və proqnozlar yoxdur. Amma bununla belə, biz minimum əmək haqqının artırılması ilə bağlı təkliflərimizi təqdim edirik. Nəzərə alaq ki, minimum əmək haqqı artırılan zaman birmənalı şəkildə ötən müddətdə orta aylıq əmək haqqındakı artım faizinin, eləcə də infilyasiyanın nəzərə alınmasına ehtiyac var. Nəzərə alaq ki, həm nominal ota aylıq əmək haqqındakı artım, həm də infilyasiya səviyyəsi ötən müddətdə 2 rəqəmli olub. Ona görə də bizim gözləntimiz ondan ibarətdir ki, minimum əmək haqqının 2 rəqəmli həddə artırılması ilə bağlı qərarın verilməsi məqsədəuyğundur. Minimum əmək haqqı artırılan zaman orta aylıq əmək haqqındakı artımın da nəzərə alınmasını vacib hesab edirik. Düşünürük ki, meyar olaraq nominal orta aylıq əmək haqqındakı artımı nəzərə alaraq qərarın verilməsi daha məqsədəuyğun olardı. Bu əsaslandırılmış yanaşmadır. Ona görə də minimum əmək haqqının artım faizinin 2 rəqəmli olacağı gözlənilir. Amma konkret rəqəmi biz ancaq bu payız keçirilən büdcə müzakirələrindən sonra söyləyə biləcəyik".
Natiq Səlim
KONKRET.az

Sosial       Tarix: 23 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi


son xeberler azerbaycan xeberleri yeni xeberler son xabar cebheden xeberler cəbhədən son xəbərlər krminal bu gun