Minimum əməkhaqqı və ünvanlı sosial müavinətlərlə bağlı ŞAD XƏBƏR

Minimum əməkhaqqı və ünvanlı sosial müavinətlərlə bağlı ŞAD XƏBƏR</p> 
 <p>Bu il il yaşayış minimumu və ehtiyac meyarının həddi 270 manat götürülüb.
KONKRET.azxəbər verir ki, bu, "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" və "Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələrində əksini tapıb. Başqa sözlə, yaşayış minimumu və ehtiyac meyarı 2023-cü illə müqayisədə 9,7 faiz artırılaraq 246 manatdan 270 manata qaldırılıb.
2023-cü ildə ehtiyac meyarının həddi 2022-ci illə müqayisədə 23 faiz artaraq 246 manat olub. Bununla da 2023-cü ildə ölkə üzrə yaşayış minimumu və ehtiyac meyarının hədləri bərabərləşib.
Bəs yaşayış minimumunun yenidən artırılması sosial müavinətlərə və təqaüdlərə necə təsir göstərəcək?
Məsələ ilə bağlı danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, yaşayış minmumu illik olaraq müəyyənləşdirilir və 2024-cü il üçün artıq müəyyənləşdirilib:
"2024-cü il üçün 270 manat nəzərdə tutulub. Bu isə o deməkdir ki, il ərzində 270 manatlıq yaşayış minimumundan istifadə olunacaq. Bu da təbii ki, ünvanlı sosial yardım alan vətəndaşların aldığı yardım məbləğlərində artımlarla müşahidə olunub. İlkin hesablamalar göstərir ki, bu ildən başlayaraq ünvanlı sosial yardım alan vətəndaşların aldığı yardım məbləğində 11 faizə yaxın artım müşahidə olunub. Yaşayış minimumunun artması nəticəsində praktik olaraq ünvanlı sosial yardım məbləğində artımlar olur".
Deputat qeyd edib ki, ünvanlı sosial yardım məbləğində artımlar əvvəlki dövrlərdə də müşahidə olunub. Onun sözlərinə görə, bu birbaşa həm yaşayış minimumunun, həm də ehtiyac meyyarının artırılması ilə bağlıdır: "Ehtiyac meyyarının artırılması da nəticədə ünvanlı sosial yardım alan vətəndaşların gəlirlərini artırır. 2024-cü ilin yanvarın 1-nə əsasən ünvanlı sosial yardım alan vətəndaşların hər birinə düşən orta məbləğ 114 manat olub. Bütövlükdə 272 min vətəndaşımız ünvanlı sosial yardımdan istifadə edirlər".
Vüqar Bayramov əlavə edib ki, 2024-cü ildə bu məbləğin daha da artırılacağı gözlənilir. Çünki ehtiyac meyyarı və yaşayış minimumu artıb. Buna görə də ehtiyac meyyarı və yaşayış minimumunun artması nəticə etibarilə ünvanlı sosial yardım alan vətəndaşların dövlət büdcəsindən daha çox yardım almasına gətirib çıxarır.
İqtisadçı Natiq Cəfərli redaksiyamıza bildirdi ki, Azərbaycanda yaşayış minimumunu və ehtiyac meyyarının birləşdirmək istəyirdlər:
"Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyyarının məbləği artdıqca minimum əməkhaqqına və sosial müavinətlərə də təsir etməlidir. Əslində qanunlarda birbaşa belə bir təsir mexanizmi yoxdur. Qanunlarda məsəl üçün, təqaüdün artımı ilə bağlı indeksləşmə əvvəllər inflyasiya səviyyəsinə görə idi. Bir neçə il bundan əvvəl inflyasiya səviyyəsinə görə indeksləşmə modelini dəyişdilər".
İqtisadçı əlavə edib ki, son illər orta aylıq əməkhaqqının artım tempinə görə, indeksləşmə gedir. Bu il də təqaüdlərin indeksləşməsi orta aylıq əməkhaqqının artım tempinə görə oldu. Amma istər-istəməz beynəlxalq praktika da bunu göstərir ki, yaşayış minimumu və ehtiyac meyyarının artımı sosial müavinətlərin təyin olunmasında mütləq nəzərə alınmalıdır. (Referans.az)

Sosial       Tarix: 18 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"


son xeberler yeni xeberler azerbaycan xeberleri xəbərlər.com xeberler az valyuta mezennesi banklar xəbər az