Minlərlə insan öldü, milyardlarla zərər dəydi - İqlim dəyişikliyinin fəsadları

Minlərlə insan öldü, milyardlarla zərər dəydi - İqlim dəyişikliyinin fəsadlarıDünyada təbii fəlakətlərin sayı artıb.
Publika.az xəbər verir ki, "Germanwatch" ətraf mühit təşkilatının mütəxəssislərinin hazırladığı Qlobal Risk İndeksinə (KRI) əsasən, ekstremal təbii hadisələrin sayının artması birbaşa iqlim dəyişikliyi ilə bağlıdır.
"Deutsche Welle"nin yayımladığı məqaləyə görə, 2019-cu il tarixə dağıdıcı qasırğalar ili kimi daxil olacaq.
Təhlil göstərir ki, inkişaf etməkdə olan ölkələr fırtına, sel və quraqlıq kimi təbii fəlakətlərə qarşı xüsusilə həssasdır. Ancaq inkişaf etmiş ölkələrdə də təbii fəlakətlərdən gələn ziyan artmaqdadır.
Reytinqə görə, 2019-cu ildə Mozambik, Zimbabve və Baham adaları təbii fəlakətlərlə ən çox üz-üzə qalan bölgələrdir. İlk onluğa Yaponiya, Malavi, Əfqanıstan və Hindistan da daxildir.
Mozambik, Zimbabve və Malavi Hind okeanının qərbindəki rekord səviyyədə ən dağıdıcı siklon olan tropik "İdai" qasırğasına məruz qalıb. 3 ölkədə 1100 nəfərdən çox adam ölüb, ümumi zərər 6 milyard dolları keçib.
Son 20 ildə (2000-2019) baş verən ekstremal hava hadisələrinin təsirinə diqqət çəkən uzunmüddətli indeksdə ən çox zərər görən ərazilərin Puerto Riko, Myanma və Haiti olduğu bildirilir. Onları Filippin, Mozambik və Baham adaları izləyir.
Ümumilikdə, 2000-ci ildən 2019-a qədər olan dövrdə ekoloqlar dünyada 11 mindən çox ekstremal hava hadisəsinin qeydə alındığını və bunun nəticəsində 480 000 nəfərin öldüyünü qeyd edib. Bu müddət ərzində maddi ziyan 2,56 trilyon ABŞ dollarını keçib.
Uzunmüddətli indeksdə təbii fəlakətlərə ən həssas olan 10 ölkədən 8-i adambaşına gəliri az olan ölkələr qrupuna daxildir. Lakin Yaponiyanın 2019-cu il üçün indeksdə 4-cü yeri tutması və Almaniyanın uzunmüddətli indeksdə ilk 20 ölkə arasında olması inkişaf etmiş ölkələrin də ekstremal təbii hadisələrin qurbanına çevrildiyini göstərir.
Zümrüd

Dünya       Tarix: 26 yanvar 2021
f Paylaş

Oxşar xəbərlər

Bazar qiyməti 3 trilyon dolları keçən ilk şirkət açıqlandı

"Apple" şirkətinin səhmləri təxminən 3 %-ə yaxın artıb, şirkətin kapitallaşması ilk dəfə olaraq 3 trilyon ABŞ dollarını ötüb. Bu, tarixdə ilk dəfə olaraq şirkətin bazar qiymətinin bu həddi aşmasıdır. xarici KİV-

Bayden rekord dərəcədə reytinqi itirdi

ABŞ prezidenti Cozef Baydenin reytinqi rekord dərəcədə aşağı düşüb. xəbər verir ki, bu barədə "NBC" telekanalının dərc etdiyi sorğunun nəticələrində deyilir. Sorğunun nəticələrinə əsasən, Cozef Baydeni ABŞ vətəndaşlarını

NATO-Rusiya Şurasının iclası bu tarixdə keçiriləcək

Rusiya-NATO görüşü yanvarın 12-də keçiriləcək. xəbər verir ki, bu barədə "Röyters" agentliyi Şimal Alyansının rəsmi nümayəndəsinə istinadən məlumat yayıb. Görüşün yeri məlum deyil, lakin bunun münasibətlərin aydınlaşmas

Tokayev gənclərə ÇAĞIRIŞ ETDİ: "Həyatınızı zəhərləməyin"

Xəbər verdiyimiz kimi Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin Manqistau vilayətində maye qazın qiymətinin aşağı salınması qərarından sonra nümayişçilərə müraciət edib. TASS-a istinadla xəbər verir ki, o, müraciətind

Qazaxıstanda yanacağın qiyməti 2 dəfə bahalaşdı

Qazaxıstanda maye qazın qiyməti bahalaşıb. xəbər verir ki, hökumətin qərarı ilə ölkədə maye qazın tənzimlənən qiyməti 1 litrə görə 60 təngədən 120 təngəyə qaldırılıb. Bildirilib ki, qiymət artımı Mangistau əyalətində etirazlar

Almatı şəhərinə giriş və çıxış bağlanıb

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mangistau vilayətində və Almatı şəhərində komendant saatının tətbiq edilməsi haqqında sərəncamlar imzalayıb. xəbər verir ki, Almatı şəhərinə giriş və çıxış qadağandır. Komendan

ABŞ Rusiya ilə razılaşmaya görə BU ÖLKƏLƏRİ qurban verəcək - ŞOK İDDİA

ABŞ Rusiya ilə strateji razılaşmaya Baltikyanı ölkələri qurban verə bilər. xəbər verir ki, bu barədə amerikalı analitik Devid Payn "The National Interest" jurnalında dərc olunan məqaləsində qeyd edib. Nəşrdə eksper

Qara dənizdən Rusiyaya BÖYÜK HÜCUM SSENARİSİ ortaya çıxdı: F-35-lər

Çinin "Sohu" portalının köşə yazarı Qara dənizdən ən son ABŞ-ın F-35 qırıcılarının kütləvi hava hücumuna Moskvanın mümkün cavabını proqnozlaşdırıb. xəbər verir ki, müəllif ABŞ və NATO-nun qoşunlarını Rusiyanın cənu

Çində GÜCLÜ ZƏLZƏLƏ: xəsarət alanlar var

Çinin cənub-qərbindəki Yunnan əyalətində 5,5 bal gücündə zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə Çinin Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin episentri Ninlan vilayətində, ocağı isə 10 km dərinlikdə yerləşib


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler bu qun axsam az xeberler xeber.az 2026 cəbhədən son məlumatlar