Miqrasiya İnformasiya Mərkəzinin yaradılması" layihəsinin icrasına başlanıldı - FOTO

Miqrasiya İnformasiya Mərkəzinin yaradılmasıAzərbaycan Miqrasiya Mərkəzi (AMM) Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Miqrasiya İnformasiya Mərkəzinin yaradılması" layihəsinin icrasına başlayıb.
azxeber.com xəbər verir ki, bu gün AMM-in qərargahında layihənin təqdimat mərasimi keçirilib.
Beynəlxalq Miqrasiya Mərkəzinin, bir sıra dövlət qurumları, qeyri-hökumət təşkilatları və KİV nümayəndələrinin iştirak etdiyi tədbirdə AMM-in prezidenti Elçin Məlikli çıxış edərək, layihə barədə ətraflı məlumat verib.
O, bildirib ki, layihənin əsas məqsədi xaricə getmək istəyən potensial miqrantları məlumatlandırmaq, hüquqi prosesləri təşviq etməklə qanunsuz miqarasiyanın qarışının alınmasında aidiyyəti dövlət qurumlarına dəstək verməkdən ibarətdir:
"Bütün dünyada olduğu kimi Azərbaycanda da qanunsuz miqrasiya ən aktual problemlərdən biridir. Daxili və xarici miqrasiyanın idarə olunması, qanunsuz miqrasiyayya qarşı mübarizə, insanların qanunsuz daşınması, qacqınlar və iqtisadi miqrantlar tez-tez müzakirə mövzusu olur. 
E.Məlikli vurğulayıb ki, ABŞ, Kanada, Avstraliya, Almaniya kimi inkişaf etmiş immiqrasiya ölkələrində əməkçi miqrantlara ehtiyacın artması hazırda həmin ölkələrə getmək arzusunda olanlarda maraq oyatmaqda davam edir:
"Lakin Azərbaycanda həmin ölkələrə emmiqrasiya etmək istəyən həmvətənlərimizə dolğun məlumat verən bir mərkəz olmadığına görə bəzi insanlar həmin ölkələrə turist kimi səfər edərək, sonradan orada qalmağa qərar verirlər. Bəziləri isə adıçəkilən ölkələrə qaçaq, qeyri-qanuni yollarla gedirlər ki, bu da sonradan həm onların özü, həm də ölkəmiz üçün bir çox problemlər yaradır. 
Bizim təşkilatın və bu layihənin ideyası xaricə qanunsuz getməkdə və ya qanunsuz məskunlaşmaqda  davam edən həmvətənlərimizin sayının azalmasına yardım etməkdir. 
Əslində, Kanada, Avstraliya, Almaniya və bir çox digər ölkələrdə işçi miqrantlara ehtiyac olan çoxlu sahələr mövcuddur. Həmin ölkələrin əmək bazarı haqqında xaricə getmək istəyənlərə dolğun məlumat verilərsə və tələblər dəqiq izah edilərsə, Azərbaycandan xaricə qanunsuz yollarla gedənlərin sayını minimuma endirmək mümkündür. 
Bu sahədə vətəndaşlara miqrasiya sahəsində hüquqi maarifləndimə xidmətinin təşkili üçün məlumat mərkəzi yaratmaq qərarına gəldik.
Vətəndaşlar bu mərkəzə müraciət edə də getmək istədikləri ölkə, həmin ölkələrə getmək qaydaları haqqında ən etibatlı məlumatları öyrənə biləcəklər". 
Tədbirdə çıxış edən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimli, Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi Məhəmməd İbrahimov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini əməkdaşı Pərvanə Əsgərzadə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Vidadi Yusifov, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Rizvan Şükürov, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova, Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli, diaspor məsələləri üzrə ekspert Yəhya Babanlı və bir sıra QHT rəhbərləri layihənin böyük əhəmiyyətə malik olduğunu vurğuladılar və bunu qanunsuz miqrasiya sahəsində problemlərin həlli istiqamətində ciddi bir addım kimi dəyərləndirdilər.
Miqrasiya İnformasiya Mərkəzinin yaradılmasıMiqrasiya İnformasiya Mərkəzinin yaradılmasıMiqrasiya İnformasiya Mərkəzinin yaradılmasıMiqrasiya İnformasiya Mərkəzinin yaradılmasıMiqrasiya İnformasiya Mərkəzinin yaradılmasıMiqrasiya İnformasiya Mərkəzinin yaradılmasıMiqrasiya İnformasiya Mərkəzinin yaradılmasıMiqrasiya İnformasiya Mərkəzinin yaradılmasıMiqrasiya İnformasiya Mərkəzinin yaradılmasıMiqrasiya İnformasiya Mərkəzinin yaradılmasıMiqrasiya İnformasiya Mərkəzinin yaradılmasıMiqrasiya İnformasiya Mərkəzinin yaradılmasıMiqrasiya İnformasiya Mərkəzinin yaradılmasıMiqrasiya İnformasiya Mərkəzinin yaradılmasıMiqrasiya İnformasiya Mərkəzinin yaradılması

Sosial       Tarix: 29 iyul 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"


yeni xeberler azerbaycan xeberleri son xeberler hava proqnozu son xəbərlər azərbaycanda valyuta mezenesi