Miqren tutmaları, formaları və müalicə üsulları

Miqren tutmaları, formaları və müalicə üsullarıÇox vaxt başağrısı adi şikayət kimi başa düşülür və həmin ağrıya görə çox nadir hallarda həkimə müraciət edilir. Lakin başağrısından əziyyət çəkənlərin bir qrupunda ağrı tutmaşəkilli xarakter daşıyır və tez-tez baş verən ağrıya dözmək çətin olur. Miqren tutmaları adətən intensiv davam edən ağrı şəklində olur və başın bir yarısında hiss edilir. Tutmalar adətən ürəkbulanma ilə müşayiət olunur, bu zaman parlaq işıq və gur səs ağrını daha gücləndirir. Məsələn, televizorun gur işığı, spirtli içkilər, gecə az yatmaq və ya çox yatmaq və s. miqren tutmalarına səbəb olan amillərdir. Tutma səngiyən kimi yuxululuq və əzginlik yaranır.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə həkim-nevropatoloq Sevinc Salamova məlumat verib.
Həkim-nevropatoloq deyib: "Miqren tutmasının birinci fazasında əhval-ruhiyyə dəyişir, depressiya, həyəcan və yuxululuq yaranır. Bundan sonra isə əsl "cəhənnəm" başlayır - bu zaman elə bir hiss yaranır ki, sanki ağrıdan baş çatlayacaq. Tutma sutkanın istənilən vaxtı başlaya bilər. Lakin daha ağır tutmalar gecələr, xüsusilə də ay bədirlənəndə baş verir. Ağrılar əsasən alın-gicgah nahiyəsini əhatə edir. Tutma adətən 2-5 saat çəkir. Hətta bəzi xəstələrdə yoğunlaşmış və dəri səthindən aydın sezilən gicgah arteriyası görünür. Gözün konyuktiva qişasında qızarma baş verir.
Tutmanın ikinci fazası 8-20 saat davam edir. Həmin dövrdə tədricən ağrı azalır, yuxuya meyllik yaranır, xəstə özünü çox əzgin hiss edir və bundan sonra üçüncü- sakitlik fazası başlayır.
Görmənin pozulması ilə başlayan auralı miqren tutmaları zamanı xəstənin gözü önündə parlayan ziqzaqlar, nöqtələr, kürələr, odlu və yanan fiqurlar, dalğalar görünür. Hətta bəzi xəstələrdə görmə illüziyaları da yaranır, onlar ətrafdakı bütün əşyaları həcm, forma və ölçülərindən ya həddindən artıq böyük, ya da həddindən artıq kiçik görürlər. Görmə pozulmaları sağ gözdə olduqda başağrıları solda yerləşir və ya əksinə soldadırsa sağda baş verir.
Həkimlər müalicə zamanı başı isti saxlamağı məsləhət görürlər, çünki isti ağrını bir qədər yüngülləşdirir. Bəzən başın isti su ilə yuyulması da ağrını azaldır. Təbii ki, bunlar daha köhnə müalicə üsullarıdır".
Həmsöhbətimiz miqrenin müalicə üsulları barədə məlumat verərək deyib: "Xəstəliyin müasir müalicə metodikası iki istiqamətdə aparılır: Başağrı tutmalarını azaltmaq və profilaktik terapiya aparmaq. Bunlar özündə medikamentoz müalicəni, iynə terapiyasını, masaj və digər müalicə üsullarını birləşdirir. Medikamentoz müalicə zamanı analgetiklərə xüsusi yer verilir. Uzun müddət analgetiklərin qəbulu əks effekt verərək daimi başağrılarına səbəb ola bilər. Profilaktik müalicədə isə əsas yer pəhrizə verilir.
Miqren tutmalarından əziyyət çəkənlər tərkibində tiramin olan ərzaqları - şokolad, kakao, sitruslar, paxlalı bitkilər, pomidor, kərəviz, pendir, xardal, ketçup, mayonez, hisə verilmiş məmulatlar, sosislər, ispanaq, yaşıl soğan, ananas, avakado, fındıq, sirkə, turşuya və duza qoyulmuş məhsulları və s. qida rasionundan çıxarmalıdırlar".
Onun dediyinə görə, miqren zamanı qara qarağat, ağbaş kələm, yaşıl çay, yaşıl alma və banan qəbul etmək daha faydalıdır. Yayda və payızın əvvəllərində aclıqla müalicə tətbiq etmək də səmərəlidir. Miqren tutmalarından əziyyət çəkənlər fiziki fəallığı artırmalı, həftədə dörd dəfə 45 dəqiqəlik gəzintiyə çıxmalı, fiziki və zehni yorğunluqdan uzaq olmalı, yuxu rejimini normalaşdırmalı və gecə vaxtında yatmalı, stressli situasiyalardan uzaq olmalı, parlaq işıqla və işıq mənbələri ilə təması azaltmalıdırlar. Həmçinin kəskin qoxulu ətirlərdən istifadə etməmək, tünd qara çay və kofedən istifadəni maksimum məhdudlaşdırmaq, qida qəbulları arasında uzun fasilə verilməmək, maqneziuma olan gündəlik tələbatı ödəmək lazımdır.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 27 avqust 2020
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Samuxda 9 nəfərdə qarayara aşkarlandı - RƏSMİ

Samuxda xəstə heyvanla təmasda olan 9 nəfər yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrin

Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. KONKRET.azxəbər verir ki

Bu qidalar ishala səbəb ola bilər

Qəbizlik zamanı bağırsaqları hərəkətə gətirən qidalar tez-tez axtarılır. Liflə zəngin, bağırsaq hərəkətlərini sürətləndirən və həzm sistemini stimullaşdıran bəzi qidalar bu təsirə malikdir. KONKRET.azpravdaaz-a istinadə

"Ebola virusu sürətlə yayılır" - ÜST

Ebola virusunun Bundibuqyo ştamının yayılması müşahidələrin ilk ayı ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəlad

ÜST-dən xəbərdarlıq: "Görünməmiş sürətlə yayılır"

"Açıq deməliyik ki, epidemiya hələ də nəzarət altında deyil. Böyük bir üstünlüklə başladı və biz hələ də onun qarşısını almağa çalışırıq". KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyy

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

İnfarktın qarşısını almaq üçün vacib QAYDALAR

"Mütəmadi testlər infarktın qarşısını almağa kömək edə bilər. Bunlara lipidoqrammanı (xolesterin və onun fraksiyalarının göstəricisi), eləcə də qanda qlükoza səviyyəsini nəzarətdə saxlamaq daxildir". -a istinadə

Kondisionerdən istifadə edənlərə diqqət: Həkim riskləri AÇIQLADI

Peyvənd mövsümü olmasa da, son günlər havaların qeyri-sabit keçməsi fonunda qrip və digər respirator infeksiyalara yoluxma halları yenidən müzakirə mövzusuna çevrilib. Temperaturun kəskin dəyişməsi, kondisionerlərdən intensi

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeber 2026 iqtisadiyyat xeberleri bugun son xəbərlər azərbaycanda meherremlik 2026