Misir Qasımlı ilə eyni vaxtda həbs edilən azərbaycanlı gənc VƏFAT ETDİ
Ukraynada azərbaycanlı məhbus vəfat edib.
KONKRET.az xəbər verir ki, İmedia YouTube kanalının məlumatına görə, Quliyev Rauf Adil oğlu bu gün səhər saatlarında Ukraynanın Kiyev şəhərinin Lukyanovskoe istintaq təcridxanasında qəfildən vəfat edib.
Ailəsinin Buta.tv-yə bildirdiyinə görə, övladlarını zəhərləyərək öldürüblər:
"Həbsxanada yerli millətdən olan bir nəfərlə ədavəti var idi. Hər dəfə telefonla danışanda deyirdi ki, məni burada zəhərləyib öldürmək istəyirlər. Bu gün bir neçə dəfə cəhd etsək də, ekspertiza adıyla oğlumuzun cəsədini bizə verməyiblər".
R.Quliyevin ailəsi Azərbaycanın Xarici İşlər Nazirliyinə və ölkəmizin Ukraynadakı Səfirliyinə İmedia vasitəsilə müraciət edib:
"Xahiş edirik ki, tez bir zamanda oğlumuzun cəsədinin bizə təhvil verilməsinə köməklik göstərəsiniz. Onsuz da oğlumuza qarşı irəli sürülən ittihamların əksəriyyəti də qondarma idi. Misir Qasımlının başına açılan oyunların daha pis formasını Raufun başına açdılar. Onlar demək olar ki, eyni vaxtda saxta ittihamlarla həbs edilmişdilər".
Qeyd edək ki, R.Quliyevin yanvar ayının 17-də 26 yaşı tamam olmuşdu.
Turlar.az [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır