Mixail Mişustin İlham Əliyevi təbrik etdi

Mixail Mişustin İlham Əliyevi təbrik etdiRusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
KONKRET.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi Rusiya Federasiyası Hökuməti adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.
Xalqın yüksək etimadı yeni Azərbaycanın qurulmasına, davamlı sosial-iqtisadi inkişafa və vətəndaşların rifahının yüksəlməsinə, beynəlxalq aləmdə respublikanın nüfuzunun möhkəmləndirilməsinə yönəlmiş kursunuza geniş ictimai dəstəyin sübutudur.
Sizin dostluq, mehriban qonşuluq və müttəfiqlik prinsiplərinə əsaslanan Rusiya-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsinə böyük şəxsi töhfənizi xüsusi qeyd etmək istərdim. Yüksək səviyyədə qəbul edilmiş strateji qərarlara uyğun olaraq iqtisadi-ticari, elmi-texniki və mədəni-humanitar əməkdaşlıq genişləndirilir, müxtəlif sahələrdə birgə layihələr uğurla həyata keçirilir. Bu, Rusiya və Azərbaycanın uzunmüddətli maraqlarına tam cavab verir.
Sizinlə hər zaman açıq və konstruktiv şəraitdə keçən görüşləri məmnunluqla xatırlayıram. Etibarlı ünsiyyətimizi davam etdirmək imkanına şad olaram.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, əmin-amanlıq və ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzu edirəm".

Siyasi       Tarix: 12 fevral 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Venesuelada şiddətli zəlzələ: Trampdan ilk açıqlama

ABŞ Prezidenti Donald Tramp ölkəsinin Venesuelada baş verən zəlzələnin nəticələrinin aradan qaldırılmasına yardım etməyə hazır olduğunu bildirib. KONKRET.azxəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib

Sahibə Qafarova Afrika Qrupu nümayəndələri ilə görüşdü

Milli Məclisin sədri Sahibə Qafarova İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Konfransının Bakıda keçirilən 20-ci sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə olan Burkina Faso Federal Milli Şurasını

Krım təcrid olunur? – Rusiya üçün təhlükəli ssenari

Rusiya tərəfindən ilhaq edilmiş Krım yarımadası və Sevastopolda fövqəladə vəziyyətin elan olunması Rusiya–Ukrayna müharibəsinin gedişində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Xüsusilə enerji və yanacaq infrastrukturun

Türkiyə bu üç ölkə ilə ittifaq qurmalıdır – Perinçek

Türkiyənin müxalif "Vətən" partiyasının sədri Doğu Perinçek iyulun 7-8-də Ankarada keçiriləcək NATO sammitini "ittifaqın dəfn mərasimi" adlandırıb. teleqraf-a istinadən xəbər verir ki, o, ABŞ və İsraili

Rusiya Moldovaya NOTA VERDİ

Moldova səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb. Bildirilib ki, səfirə Moldovanın Vyana Konvensiyasını kobud şəkildə pozması səbəbindən verbal nota təqdim edilib

Ukraynadan Rusiyaya ŞOK ZƏRBƏ

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın Vladimir vilayətində yerləşən strateji əhəmiyyətli hərbi obyektə zərbə endirildiyini açıqlayıb. xəbər verir ki, hücumun hədəfi Qus-Xrustalnı rayonunda yerləşən "Vladimir"

Türkiyə MN Azərbaycanı Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib

Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə Türkiyə MN-in "X" hesabında bildirilib. "Həmişə bir olacağıq, bir ürək, bir yumruq

İran və ABŞ arasında qarşılıqlı hücumlar artır – SON VƏZİYYƏT

İran və ABŞ Körfəzdə hücumları davam etdirib. Tərəflər iki həftədən az əvvəl imzalanmış və dörd aydır davam edən müharibəyə son qoymalı olan müvəqqəti razılaşmanın pozulmasına görə bir-birini ittiham edirlər. KONKRET.azxəbə

Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək

Sabah Azərbaycandan Ermənistana ümumi miqdarı 971.392 ton olan 18 vaqon A-92 markalı avtomobil benzini və 466.515 ton olan 8 vaqon dizel yanacağı göndəriləcək. Bu barədə -a "Azərbaycan Dəmir Yolları" QSC-dən məluma


azerbaycan xeberleri yeni xeberler son xeberler sosial yardim zelzele en son xeberleri sonxəbərlər