Mixail Roşin: "Ermənistan əhalisinin yarıdan çoxu Rusiyada yaşayır" - MÜSAHİBƏ

Mixail Roşin: "Ermənistan əhalisinin yarıdan çoxu Rusiyada yaşayır" - MÜSAHİBƏMixail Roşin: "Ermənistan əhalisinin yarıdan çoxu Rusiyada yaşayır" - MÜSAHİBƏ
Yerevandakı Rusiya səfirliyinin və Rusiya Federasiyasındakı Erməni Apostol Kilsəsinin açıqlamaları Ermənistanda qəzəb doğurub.
Başlayaq Ermənistan parlamentində ilk oxunuşda qəbul edilmiş "Audiovizual media haqqında" qanuna Yerevandakı KİV-lərin xahişi ilə Rusiyanın bu ölkədəki diplomatik nümayəndəliyinin verdiyi şərhdən.
Parlamentdə birinci oxunuşunda qəbul edilmiş layihə Ermənistanda audiovizual medianın işinin hüquqi bazasını tənzimləyən qanunvericilik aktıdır. Yeni qanun Rusiya telekanallarının Ermənistanda yayımlanmasına təsir edəcək.
Rusiya səfirliyi olduqca diplomatik reaksiya verərək, bu məsələnin Ermənistanın suveren dövlət olaraq, daxili işi olduğunu qeyd etdi. Bununla yanaşı, mətndə Ermənistan dövlətinin yaranmasının ilk mərhələsində rus dilinin rəsmi baxımdan hər hansı xüsusi statusa malik olmadığı qeyd olunur.
"Yeni tələblər mahiyyətcə bu prosesi davam etdirir. Lakin faktiki olaraq, bu gün rus dili Ermənistanda xarici dil olmaqdan daha böyük əhəmiyyət daşıyır. Biz bilirik ki, Ermənistan vətəndaşlarının xeyli hissəsi birbaşa Rusiya ilə bağlıdır - kimsə orada işləyir, kimisi tez-tez orada yaşayan qohumlarını ziyarət edir və s.".
Səfirliyin açıqlamasında qeyd olunur ki, yeni qanunvericilik tələblərini nəzərə alaraq, istər-istəməz kabel televiziyası paketlərinin mövcudluğu məsələsi ortaya çıxır.
"Əgər şəxs vahid televiziya kanalı paketinin onun informasiya ehtiyaclarını ödəmədiyi qənaətinə gələcəksə, o zaman kabel televiziyasının xeyrinə seçim etmək məcburiyyətində qalacaq. Ancaq etiraf edək ki, bu gün Ermənistanda hamının belə imkanı yoxdur.
"Sasna Tsrer" ümumerməni hərəkatı xüsusi bəyanatla çıxış edərək, qeyd edib ki, Rusiya Federasiyası Ermənistandakı səfirliyi vasitəsilə Ermənistanın daxili işlərinə müdaxilə edir.
"Biz Rusiya Federasiyasının milli kimliyimizin əsasını təşkil edən erməni dili ilə bağlı uzunmüddətli və hörmətsiz siyasətini pisləyirik. Rusiya dövləti rus dilinin bizim üçün xarici dil olduğunu və bu statusda qalmaqda davam etdiyini qəbul etmək məcburiyyətində olduğunu qəbul etməli, Rusiyanın və rus dilinin tariximizin müəyyən bir mərhələsində oynadığı rolun gələcəkdə azalacağını qəbul etməlidir", - deyə, hərəkatın yaydığı bəyanatda bildirilir.
Erməni Apostol Kilsəsinin mövqeyinə gəlincə.
Sosial şəbəkələrin erməni seqmenti və "Telegram" istifadəçiləri Erməni Apostol Kilsəsinin Rusiya Federasiyasının Konstitusiyasına edilən düzəlişlərlə əlaqədar bəyanatını hiddətlə qarşılayıb.
Moskvadakı erməni iyerarxları Rusiyanı "ata yurdu" adlandırdılar. Bu, təəccüblü deyil, çünki dindarların əksəriyyəti Rusiya Federasiyasının vətəndaşlarıdır. Ermənistanda əhalinin əhəmiyyətli hissəsi açıqlamaya sərt reaksiya verdi. Bir çoxları açıq şəkildə yazdı ki, Rusiya Federasiyasındakı Erməni Apostol Kilsəsinin nümayəndəliyi onlar üçün mövcud deyil.
Media.Az baş verən hadisələrə münasibət öyrənmək üçün Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, tarix elmləri namizədi Mixail Roşinə müraciət edib.
- Ermənistan Parlamenti rus dilində yayım haqqında qanunu birinci oxunuşda qəbul etdi. Bu, əlbəttə ki, hər bir ölkənin suveren hüququdur. Parlamentdəki qərardan sonra jurnalistlər Rusiya Federasiyasının Yerevandakı səfirliyinə müraciət etdilər və diplomatik missiya Ermənistan hökumətinin qərarını şərh etdi. Səfirliyin cavabı diplomatik, ölçülüb-biçilmiş oldu. Ancaq Ermənistanda Rusiyanı ölkənin daxili işlərinə açıq müdaxilə etməkdə ittiham etdilər...
- Nə deyə bilərəm, mən uzun müddətdir Ermənistanda olmamışam. Ötən əsrin 90-cı illərində oranı ziyarət etdikdə ziyalılarla, bizim sahənin adamları ilə söhbət etmək fürsətim olub. Hələ o zaman ali məktəblərdə dərs deyən rusdilli ermənilərin şikayətlərini dinləmişdim. Onlara rus dilində mühazirələr aparmaq qadağan olunmuşdu. Moskvada və ya Sankt-Peterburqda rus dilində təhsil almış bir şəxs erməni dilində necə dərs deyə bilər? Başa düşdüyüm qədərilə, bu, olduqca köhnə tendensiyadır. Bundan əlavə, Ermənistan əhalisi, demək olar ki, monoetnikdir.
Rusiyada yaşayan və rus dilində danışan böyük erməni diasporunu da nəzərə almalıyıq. Yeri gəlmişkən, Rusiyadakı Azərbaycan diasporu da kiçik deyil.
- ...Azərbaycanda tədrisin rus dilində aparıldığı yüzlərlə məktəb var və heç kim bu məsələdə problem görmür.
- Bu, Azərbaycanın doğru yanaşmasıdır. Ermənistana qayıdaraq, demək istəyirəm ki, bu ölkədə, çox güman ki, adekvat və ağıllı insanlar qalır. Başa düşmək lazımdır ki, Ermənistan əhalisinin yarıdan çoxu Rusiyada yaşayır. Bəlkə də, rus dilindən imtina xətti baş nazir Nikol Paşinyan və yeni rəhbərliklə əlaqəlidir.
- Əvvəlki hökumətin vaxtında tədrisin rus dilində aparıldığı məktəblərin açılması ilə bağlı qızğın müzakirələr olmuşdu (Ermənistanda rus dili xarici dil kimi tədris olunur).
- Bu tendensiya mənə aydındır. Məsələ əhalinin yekcinsliyindədir. Lakin Rusiya ilə əlaqələri nəzərə alsaq, bu, olduqca qəribədir. Rus dili postsovet məkanında ünsiyyət dilidir. Ermənistan hakimiyyətinin yürütdüyü siyasət, əslində, ölkənin təcrid olunmasına gətirib çıxarır və şübhəsiz ki, faydalı olmayacaq.
- Siz necə hesab edirsiniz, Ermənistanda rus dilinə münasibət Nikol Paşinyan dövründə pisləşən Moskva-Yerevan münasibətləri ilə əlaqəlidirmi? Ermənistanda hətta Erməni Apostol Kilsəsi Rusiya Federasiyasının Konstitusiyasına edilən düzəlişlərə dəstək verərək Rusiyanı "ata yurdu" adlandırdığı üçün kəskin tənqidə məruz qaldı.
- Bu, əlbəttə ki, absurddur. Daha əvvəl də söylədiyim kimi, bu, 90-cı illərin ortalarında danışılan tam erməniləşdirmə tendensiyasıdır. Ancaq bu, səhv siyasətdir. Ümumiyyətlə, Ermənistanda kimin necə davranacağı tam aydın deyil. /oxu.az

Siyasi       Tarix: 01 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

Şuşa Forumu Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi

IV Şuşa Qlobal Media Forumu növbəti dəfə göstərdi ki, Şuşa artıq təkcə Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də qlobal siyasi dialoqun və beynəlxalq media əməkdaşlığının mühüm platformalarından birinə çevrilib. Dünyanı

Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək

Azərbaycan, Gürcüstan və Türkiyənin Müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq planına əsasən, ölkəmizdə icra olunacaq "Eternity-2026" kompüter dəstəkli komanda-qərargah təliminin əsas planlaşdırma konfrans

Əhmədinecad Mossad-la əməkdaşlıq iddiası ilə həbs edildi

İranın keçmiş prezidenti Mahmud Əhmədinecad İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat qanadı tərəfindən saxlanılaraq ev dustaqlığına yerləşdirilib. xarici agenltiklərə istinaədn xəbər veir rki, bu barədə Th

Qordon İlham Əliyevlə birgə fotosunu paylaşdı

Ukraynalı məşhur jurnalist Dmitri Qordon Azərbaycan Prezidenti İlham Əliyevlə birgə fotosunu paylaşıb. . xəbər verir ki, foto IV Şuşa Qlobal Media forumunun kuluarlarında çəkilib. "Azərbaycan Prezidenti İlham Əliyevl

Yeni müdafiə naziri məlum oldu

Ukrayna prezidenti Volodimir Zelenski müdafiə naziri vəzifəsinə Yevgeni Xmaranın namizədliyini irəli sürüb. xəbər verir ki, hüquqi prosedurlar başa çatana qədər Xmara Müdafiə Nazirliyinin rəhbəri vəzifəsini icra edəcək, dah

Bayramovla Lavrovun görüşü başladı

Moskvada Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla onun rusiyalı həmkarı Sergey Lavrov arasında görüş başlayıb. apa-ya istinadla xəbər verir ki, nazirlər əvvəlcə təkbətək formatda görüşüblər. Ceyhun Bayramov və Serge

Lavrov vurulan AZAL təyyarəsindən danışdı: Məsələ həllini tapıb

AZAL təyyarəsinin qəzalarının nəticələri ilə bağlı bütün məsələlər həll olunub. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Bu il yüksək səviyyədə əldə olunmuş razılaşmalar və hökumətlərimizin, nazirliklərimizi

Tehran Vaşinqtonun bu əməlini PİSLƏDİ

İran İslam Respublikasının Xarici İşlər Nazirliyi ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsini (BCM) ləğv etmək və ya onun fəaliyyətini məhdudlaşdırmaq istiqamətindəki planlarını kəskin şəkildə qınayıb. xəbər verir ki, İran xaric

Hərbi əməliyyatlar aparılan ərazilərdə işləməyin - Rəsmi Bakı

Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, müxtəlif silahlı münaqişə bölgələrində və yüksək riskli ərazilərdə Azərbaycan vətəndaşlarının fəaliyyət göstərməsi, habelə onların həlak olması və ya müxtəlif dərəcəli bədən xəsarətlər


azerbaycan xeberleri son xeberler yeni xeberler iqtisadiyyat xeberleri bugun meherremlik 2026 metbuat son xeber 2026