MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Pulların 70 faizini rəisə vermişəm

MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Pulların 70 faizini rəisə vermişəmMüdafiə Nazirliyinin mənimsəməyə görə tutulan Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
azxeber.com Report-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.
Şahid Murad İmanov bildirib ki, təftiş dövründə Müdafiə Nazirliyinin hərbi hissələrinin birində maliyyə xidmət rəisi işləyib. O, heç kimdən tapşırıq almadığını, mənimsənilən pulları köçürmək üçün 15 nəfərin adına bank hesabı açdırdığını, lakin pulların yalnız bir hesaba köçürüldüyünü bildirib.
"Hərbi hissədə maliyyə pozuntusu etmişik. Dövlət ittihamçısı mən işlədiyim müddətdə 193 min manata yaxın pul mənimsənildiyini bildirdi, lakin mənə görə, cəmi 150 min manat pul mənimsənilib. Həmin pullardan 70 faizini rəisə - Vüsal Əlizadəyə vermişəm. Hələ ki, mənim üzərimə düşən vəsaiti büdcəyə qaytarmamışam, yaxın vaxtda ödəyəcəyəm", - o deyib.
Müttəhim Vüsal Əlizadə etiraz edərək bildirib ki, mənimsənilən pullardan 20 faizi maliyyələşməyə, 10 faizi təftişə, 20 faizi ona verilib. Onun sözlərinə görə, yerdə qalan 50 faizini isə M.İmanov özünə götürüb.
Sözügedən dövrdə MN-in hərbi hissələrinin birində maliyyə xidmət rəisi işləyən şahid Vüqar Qurbanov həmin dövrdə mənimsənilən 92 min manatdan 59 mininin ona qaldığını deyib, 25 min manat büdcəyə qaytardığını, qalanını da yaxın vaxtda qaytaracağını bildirib.
Şahid Təyyar İmanov isə deyib ki, təftiş dövründə 2 hərbi hissədə maliyyə xidmət rəisi işləyib:
"Həmin vaxt korpusun maliyyə xidmət rəisi mərhum Rövşən Əliyev idi. Pulların 70 faizini ona vermişəm, 30 faizi mənə qalıb. Yoxlamalar zamanı işlədiyim birinci hərbi hissədə 835 min manat pulun mənimsənildiyi müəyyən olunmuşdu.
Digər hərbi hissədəki çatışmazlıq 930 min manat məbləğində idi. Bu puldan da 70 faizini R.Əliyevə vermişdim. Mənimsənilən pullardan 500 min manata yaxın məbləğ mənim üzərimə düşür. Hələ ki büdcəyə heç nə qaytarmamışam, yaxın vaxtda ödəyəcəyəm".
Təftiş dövründə Hərbi hissələrin birində maliyyə rəisinin köməkçisi işləyən Fərid Qulaviyev bildirib ki, yoxlamalar zamanı müəyyən olunan maliyyə çatışmazlığından 125 min manatı onun üzərinə düşür. Həmin pulu da dövlət büdcəsinə tam qaytarıb.
"F.Qulaviyevin işlədiyi hərbi hissələrin birində 1 milyon 245 min manat mənimsəmə faktı aşkarlanmışdı. Bu puldan 215 min manatı mənim, qalanı isə Rasim İbrahimovun dövrünə düşüb. Bizim iş prinsipimiz fərqli idi", - deyə müttəhim Cəlal Kazımov şahid F.Qulaliyevin ifadəsinə cavab olaraq bildirib.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, maliyyə idarəsinin zabiti Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.
Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

Sosial       Tarix: 16 mart 2024
f Paylaş

Oxşar xəbərlər

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm


azerbaycan xeberleri son xeberler yeni xeberler kriminal xeberler xeber az cəbhədən görüntülər sou xeberler