Mobil operatorlar müştərilərin kredit tarixçəsini onların razılığı olmadan - KREDİT BÜROSUNA VERƏCƏK
Kredit tarixçəsi subyektlərinin (barəsində kredit tarixçəsi formalaşdırılan fiziki və ya hüquqi şəxsin) kredit tarixçələri ilə bağlı məlumatları razılıq almadan təqdim edən məlumat təchizatçılarının sırasına mobil telefon operatorlarının daxil edilir.
KONKRET.azxəbər verir ki, bu, Milli Məclisin oktyabrın 22-də keçiriləcək iclasının gündəliyinə daxil edilən "Kredit büroları haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Bununla da mobil telefon operatorları müştəriləri olan kredit tarixçəsi subyektlərinin məlumatlarını onların razılığı olmadan kredit bürolarına təqdim edə biləcəklər.
Qeyd edilib ki, bu, kredit təşkilatlarından kredit götürmək üçün müraciət edən şəxslərin ödəmə qabiliyyətini və borc öhdəliklərinin icra intizamını qiymətləndirmək imkanını artıracaq.
Hazırda analoji qayda (müvafiq məlumatların təqdim olunması üçün razılığın tələb olunmaması) kommunal xidmətləri göstərən müəssisələrə tətbiq olunur.
Layihəyə əsasən, kredit bürosuna verilən neqativ məlumatlar (kredit tarixçəsi subyektinin borc öhdəliyinin yarandığı vaxtdan onun ödəmə qabiliyyətini və borc öhdəliyinin icra intizamını mənfi xarakterizə edən hər hansı məlumat) barədə bildirişlər kredit tarixçəsi subyektinə kredit bürosu tərəfindən ötürüləcək.
Bu dəyişikliyə əsasən kredit tarixçəsi subyekti onun barəsində kredit bürosuna daxil olan neqativ məlumatla bağlı ödənişsiz bildiriş almaq hüququna malik olacaqdır. Bildirişə neqativ məlumatı verən məlumat təchizatçısı barədə məlumat daxil ediləcək. Nəticədə borcalanlar hər hansı ehtiyatsızlıqdan, vaxt məhdudiyyətindən və s. oxşar xarakterli səbəblərdən yaranan neqativ məlumatlar barəsində xəbərdar olaraq, onları vaxtında aradan qaldıra biləcəklər.
Qeyd edilib ki, qanun layihəsi kredit bürolarında toplanan məlumatların dairəsini genişləndirilərək kredit tarixçəsi subyektlərinin ödəmə qabiliyyətinin və borc öhdəliklərinin icra intizamının daha geniş məlumatlar əsasında qiymətləndirilməsi imkanlarını artıracaq, həmçinin borcalanların onlar barəsində yaranan neqativ məlumatlar barəsində məlumatlandırılması təmin ediləcək və bu əsasda borcalanlar öz borclarını daha effektiv idarəetmə imkanları əldə edəcəklər.

Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
"Xankəndi" klubunda yeni təyinat