Modriç İtaliyanın nəhəng klubuna keçir?
"Real Madrid"in yarımmüdafiəçisi Luka Modriçin klublararası dünya çempionatından sonra İspaniya klubundan ayrılacağı dəqiqləşsə də, karyerasını başa vurmaq niyyətində deyil.
KONKRET.az Oxu.az-a ist inadən xəbər verir ki, o, Xorvatiya millisi DÇ-2026-ya vəsiqə qazanacağı halda həmin turnirdə iştirak etməyi planlaşdırır.
Modriç MLS klublarından təkliflər alıb. Dünya çempionatının ABŞ, Kanada və Meksikada keçiriləcəyini nəzərə alsaq, bu istiqamətdə davam etmək 39 yaşlı xorvat futbolçu üçün maraqlı ola bilər.
Digər tərəfdən, Modriç Avropada çıxışını davam etdirməyə də hazırdır. İddialara görə, təcrübəli oyunçuya "İnter" təklif göndərmək niyyətindədir. Milan klubu adətən yaşlı və təcrübəli futbolçuları heyətinə qatması ilə tanınır. Bildirilir ki, "İnter" Modriçə yalnız PSJ-yə qarşı keçirəcəyi Çempionlar Liqasının final matçından sonra rəsmi təklif göndərəcək.
Eyni zamanda, Luka Modriç iyun ayında "Real Madrid"lə klublararası dünya çempionatında iştirak edəcək, buna görə də danışıqlar yalnız iyulda başlaya bilər.

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA
İdeal dövləti necə qurmaq olar?