Moldova parlamentinin sədri azad edilmiş ərazilərə SƏFƏR ETDİ - YENİLƏNİB

Moldova parlamentinin sədri azad edilmiş ərazilərə SƏFƏR ETDİ - YENİLƏNİBFevralın 23-də Moldova parlamentinin sədri İqor Qrosunun rəhbərlik etdiyi nümayəndə heyətinin işğaldan azad olunmuş Füzuli və Şuşa şəhərlərinə səfər edib.
KONKRET.az xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyətinə Füzulidə ermənilər tərəfindən törədilmiş dağıntılar, dini-mədəni abidələrin yerlə-yeksan edilməsi, həmçinin rayon işğaldan azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən burada aparılan yenidənqurma işləri, həyata keçirilən layihələr barədə məlumat verilib.
Moldova parlamentinin nümayəndə heyəti Füzulidən sonra Şuşaya səfər edib. Qonaqlar əvvəlcə Şuşa qala divarları ilə tanış olublar. Onlara məlumat verilib ki, Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub, alınmazlıq simvolu olub. İşğal dövründə qala divarları erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb.
Sonra moldovalı parlamentarilər qonaqlar Yuxarı Gövhərağa və Aşağı Gövhərağa məscidlərində olublar. Məlumat verilib ki, 30 illik işğal dövründə dini abidələr, o cümlədən məscidlər erməni vandallığına məruz qalıb. Şuşa işğaldan azad olunandan dərhal sonra bu məscidlərdə təmir-bərpa işlərinə başlanılıb.
Nümayəndə heyətinin üzvləri Cıdır düzün də olublar. Bildirilib ki, Cıdır düzü dağlar qoynunda yerləşən şəhərin yeganə və ən böyük hamar ərazisidir. Bu səbəbdən ta qədimdən burada Qarabağ igidlərinin cıdır yarışları, çövkən oyunları, Novruz və digər el şənlikləri keçirilib. Cıdır düzü bütün zamanlarda şuşalıların və Şuşaya təşrif buyuran qonaqların ən sevimli məkanı, seyrəngahı olub. Buradan açılan heyrətamiz mənzərə insanı valeh edir.
Daha sonra Vaqifin məqbərəsini ziyarət edilib. Onlara məlumat verilib ki, bütün digər tarixi abidələrimiz kimi, Vaqifin məqbərəsi də erməni vandalizminə məruz qalıb. Məqbərə tam bərpa edilib və 2021-ci ilin avqustunda abidənin açılışı olub.
Moldovalı parlamentatilərin Şuşaya səfəri Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynamış Xalq artisti Bülbülün Şuşa şəhərindəki ev-muzeyinin ziyarət olunması ilə başa çatıb. Muzeyin fəaliyyəti və tarixi barədə qonaqlara məlumat verilib.
Bununla da Moldova parlamentinin sədri İqor Qrosunun rəhbərlik etdiyi nümayəndə heyətinin Füzuli və Şuşaya səfəri başa çatıb.
***
13:10
Moldova parlamentinin sədri İqor Qrosunun rəhbərlik etdiyi nümayəndə heyətinin işğaldan azad olunmuş Füzuli və Şuşa şəhərlərinə səfəri başlayıb.
KONKRET.az xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyətinin Şuşa Qala divarlarını, Cıdır düzünü, Bülbülün ev muzeyini və digər tarixi məkanları ziyarət etməsi nəzərdə tutulur.
Qonaqlar Şuşada aparılan yenidənqurma işləri ilə də tanış olacaqlar.

Siyasi       Tarix: 23 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi

FAKTI' Cənubi Qafqazda sülhə görə yalnız Paşinyanın mükafatlandırılması barədə: 'Bu, absurddur

Bolqarıstanın "Faktı" nəşri Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına töhfə verdiyinə görə Hessen mükafatının Ermənistan hökumətinin başçısı Nikol Paşinyana verilməsinin əsaslılığının şübhə altına alındığ

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini

Vətən müharibəsindən suverenliyə: Qarabağda tarixi dönüşün əsas mərhələlər

"27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarından sonra başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın təxminən 30 il işğal altında qalmış ərazilərinin böyük hissəsinin aza

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə


son xeberler azerbaycan xeberleri yeni xeberler sonxeber en son xeberler bu gun hava dunya xeberleri