Monteneqro parlamentinin binasında gözyaşardıcı qaz tətbiq edilib
Monteneqro parlamentinin iclasında "Din azadlığı haqqında" qanunun qəbulunun müzakirəsi zamanı gözyaşardıcı qaz tətbiq edilib.
Publika.az TASS-a istinadən xəbər verir ki, bu barədə RTCG telekanalı bildirib.
Məlumata görə, gözyaşardıcı qaz hakim koalisiyanın din azadlığı haqqında qanun layihəsinin dəyişilməz formada son dəfə səsverməyə çıxarılmasından sonra tətbiq olunub.
Müxalifət lideri Andriya Mandiç parlament spikerini iclası dayandırmağa və deputatlara qanun layihəsinə bütün təklifləri müzakirə etməyə imkan verməyə çağırıb. Spiker İvan Brayoviç iclası növbəti günə keçirməkdən və qanun layihəsinin hər düzəlişinə ayrı-ayrılıqda baxmaqdan imtina edib.
Bunun əvəzinə o, səsverməyə səs çoxluluğu ilə qəbul edilməmiş üç düzəlişi çıxarıb. Bundan sonra parlamentin iclasında "texniki səbəblərlə bağlı" fasilə yaranıb, deputatlar iclas zalını tərk ediblər. / Report /publika.az

Rəsmi Bakıdan 20 Sentyabr mesajı: "...əbədidir"
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi
"Yuventus"un qapıçısı zədələndi
"Fənərbağça" rəqibini darmadağın etdi – Tarixi hesab
"Bakıkart"dan Qarabağ Universitetinin yüksək nəticə göstərən tələbələrinə 100 gedişlik nəqliyyat dəstəyi
DİQQƏT: Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz