Montrö qalmaqalı: Türkiyədə "hərbi çevriliş" mesajının arxasında nə var?

Montrö qalmaqalı: Türkiyədə "hərbi çevriliş" mesajının arxasında nə var?Donbasda "qılıncların qınından çıxdığı" və Qara dənizdə suların isindiyi vaxt Türkiyədə ehtiyatda olan 104 admiralın Montrö anlaşması üzərindən hökumətə "xəbərdarlıq bəyanatı" ünvanlaması diqqət çəkdi. Admirallar hökumətə xəbərdarlıq edirlər ki, Montrö anlaşmasından çıxmaq ölkənin "maraqlarına" ziddir və belə bir baş verərsə, "Türkiyəö dövləti tarixdə örnəkləri olan təhlükələrlə qarşılaşa bilər". Admirallar Qara dənizlə Mərmərəni birləşdirəcək, Montrö anlaşmasına zidd olduğu hesab olunan İstanbul Kanalına qarşı fikirlər də irəli sürdülər. Ardınca 103 admiral haqqında araşdırma başlandı.
Publika.az xəbər verir ki, Türkiyə əslində Montrö anlaşmasından çıxmaq məsələsini müzakirə etmir.
"Habertürk" yazır ki, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop Montrö anlaşmasından ayrılmaqla bağlı heç nə deməyib.
"Şəntop Məclisin çıxardığı qərarların prezident tərəfindən təsdiqlənməsi, yaxud ləğv edilməsi məsələsini izah edirdi. Bununla bağlı "Prezident bir gün desə ki, "Mən Avropa İnsan Haqları Anlaşmasını", "BMT İnsan Haqları Anlaşnmasını", yaxud "Montrö anlaşmasını tanımıram, ləğv etdim" desə necə olacaq" sualı verildi. Şəntop də qanunlara istinadən "bəli, edə bilər" cavabını verdi. Bu, sadəcə hüquqi izahla bağlı müzakirədir və o demək deyil ki, Türkiyə Montrö anlaşmasından çıxır, ümumiyyətlə bununla bağlı müzakirə belə yoxdur", - sayt qeyd edir.
Görünür, admirallar bir qədər tələsik addım atıb, yaxud məsələnin mahiyyətini qavramayıblar. Lakin bu təsadüfdürmü?
Montrö anlaşmasının dəyişdirilməsi, yaxud ləğv edilməsi ən çox Rusiyanı narahat edir. Donbasda qarşıdurmanın qızışması, Qara dənizdə suların isinməsi fonunda Montrö anlaşması ilə bağlı admiralların xəbərdarlığı təsadüfə bənzəmir. Mümkündür ki, Rusiya bununla Ankaraya xəbərdarlıq edir. Lakin türk ordusu içində "çevriliş" düşüncəsində olan generalların daha çox NATO şinelindən çıxdığını nəzərə alsaq, bu qalmaqallı bəyanatın arxasında ABŞ da ola bilər. Vaşinqton Türkiyə daxilində süni gərginlik yaratmaqla diqqəti Rusiyanın üzərinə yönəldə bilər.
Asif

Dünya       Tarix: 05 aprel 2021
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

ABŞ 20-dən çox rus PUA-sını vurdu

Suriya və Ukrayna üzərində uçan rus istehsalı "Lancet" pilotsuz aparatları naməlum silahlarla vurulub. -a istinadla xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb. Rusiyanın PUA texnologiyasını öyrənmək istəyə

Qara dənizdən Rusiyaya BÖYÜK HÜCUM SSENARİSİ ortaya çıxdı: F-35-lər

Çinin "Sohu" portalının köşə yazarı Qara dənizdən ən son ABŞ-ın F-35 qırıcılarının kütləvi hava hücumuna Moskvanın mümkün cavabını proqnozlaşdırıb. xəbər verir ki, müəllif ABŞ və NATO-nun qoşunlarını Rusiyanın cənu

Almatı şəhərinə giriş və çıxış bağlanıb

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mangistau vilayətində və Almatı şəhərində komendant saatının tətbiq edilməsi haqqında sərəncamlar imzalayıb. xəbər verir ki, Almatı şəhərinə giriş və çıxış qadağandır. Komendan

Bazar qiyməti 3 trilyon dolları keçən ilk şirkət açıqlandı

"Apple" şirkətinin səhmləri təxminən 3 %-ə yaxın artıb, şirkətin kapitallaşması ilk dəfə olaraq 3 trilyon ABŞ dollarını ötüb. Bu, tarixdə ilk dəfə olaraq şirkətin bazar qiymətinin bu həddi aşmasıdır. xarici KİV-

Çində GÜCLÜ ZƏLZƏLƏ: xəsarət alanlar var

Çinin cənub-qərbindəki Yunnan əyalətində 5,5 bal gücündə zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə Çinin Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin episentri Ninlan vilayətində, ocağı isə 10 km dərinlikdə yerləşib

Rusiyada daha 18 233 nəfər koronavirusa yoluxdu

Rusiyada ötən sutka ərzində koronavirusa 18 233 yoluxma halı qeydə alınıb. xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 10 537 966 nəfərə çatıb. Son sutka ərzində həmçinin koronavirusdan 26 976 nəfər sağalıb

ABŞ-ı qorxuya salan Rusiyanın ƏN TƏHLÜKƏLİ 5 SİLAHI

ABŞ-ın "19FortyFive" portalının şərhçisi Brent İstvud Rusiyanın 5 ən təhlükəli silahının siyahısını hazırlayıb. -a istinadla xəbər verir ki, siyahının ilk pilləsində "Poseydon" pilotsuz sualtı qayığı ye

"Taliban"la Türkmənistan sərhədçiləri arasında TOQQUŞMA

Ötən ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban" hərəkatının silahlıları ilə Türkmənistan sərhədçiləri arasında atışma olub. Bu barədə Əfqanıstanın "Hasht-e subh" qəzeti yazıb. Qəze

Tacikistanda 4,2 bal gücündə zəlzələ oldu

Tacikistanda 4,2 bal gücündə zəlzələ baş verib. -ıın Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri əhalisi təxminən 11 min nəfər olan Murqob şəhərindən 69 kilomet


azerbaycan xeberleri yeni xeberler son xeberler cebheden xeber xeber.az xəbərlər sonxəbər