"Moskva artıq rəsmi şəkildə İrəvana xəbərdarlıq edir ki, ağıllı ol, ölkəni itirəcəksən" - Erməni mediası

"Moskva artıq rəsmi şəkildə İrəvana xəbərdarlıq edir ki, ağıllı ol, əks halda ölkəni itirə bilərsən".
KONKRET.az xəbər verir ki, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşündə Qarabağ probleminin həllindən danışıb və kifayət qədər diqqətçəkən açıqlamalar verib.
O, Qarabağdakı vəziyyətin nizamlanmasına Avropa strukturlarını, xüsusən də Avropa Parlamenti və AŞPA-nı cəlb etmək cəhdlərindən çəkinməyin lazım olduğunu xüsusi qeyd edib. Volodin xatırladıb ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Qarabağın nizamlanması ilə bağlı qərarı var və onlar bunu rəhbər tutacaqlar.
"Avropa institutlarının lehinə bəyanatlar verənlər sadəcə olaraq ölkəni itirə bilərlər", – deyə Volodin bildirib.
Onun fikrincə, AŞPA və Avropa Parlamentinin Qarabağ probleminin həllinə cəlb olunması vəziyyəti daha da gərginləşdirəcək.
"Avropa Parlamentini və AŞPA-nı işə cəlb etmək istəyirsinizsə, 10 dəfə düşünməli və bunun Ukrayna, Yuqoslaviya və digər ölkələrdən nümunə götürərək necə bitəcəyini düşünməlisiniz.
Kim sülh istəyir, kim vəziyyəti nizamlamaq istəyirsə, bu kvaziparlamentlərdən, AŞPA-dan, Avropa Parlamentindən uzaq durmalıdır. Həm də açıq şəkildə dərk etməlidir ki, onların bu işə qarışması vəziyyəti daha da gərginləşdirəcək və getdikcə daha çox problemlər yaradacaq.
Əgər onlar bunu edirlərsə, o zaman nəticələrə görə məsuliyyət daşımalıdırlar",- deyə Volodin bildirib.
Erməni ekspertlər bunun xəbərdarlıq olduğunu mediaya təsdiqləyiblər.
"Gərək sadəlövh olasan ki, Volodinin açıqlamalarının dipnotlarını, "mesajların" istiqamətini başa düşməyəsən. Əslində Rusiya növbəti dəfə İrəvana xəbərdarlıq edir.
Yeri gəlmişkən, İrəvanda H1-ə verdiyi müsahibədə başqa bir rusiyalı Dmitri Suslovdan bir qədər fərqli ifadə ilə oxşar xəbərdarlığı eşitdik.
Suslov, təbii ki, ekspertlər səviyyəsində xəbərdarlıq etdi və biz bunu yarı-rəsmi hesab etdik. Amma indi yüksək vəzifə tutan bir şəxs bunu deyir. Volodin eyni şeyi deyəndə deyə bilərik ki, Moskva artıq rəsmi şəkildə İrəvana xəbərdarlıq edir və deyir ki, ağıllı ol, əks halda ölkəni itirə bilərsən", – deyə erməni mediası ekspertlərdən sitat gətirib.
Xuraman Etibarlı,
KONKRET.az

Siyasi       Tarix: 16 fevral 2023
f Paylaş

Oxşar xəbərlər

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

İran XİN-dən 14 iranlının Azərbaycanda arzuolunmaz elan edilməsinə münasibət

İran Xarici İşlər Nazirliyi (XİN) 14 İran vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsi ilə bağlı məlumata münasibət bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, İran XİN-in sözçüsü İsmayı

"Azərbaycan öz zəfərini həm də quruculuq sahəsində davam etdirir

Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Xankəndidə, Zəfər tağının önündən xalqa müraciəti Azərbaycanın bugünkü gücünü və gələcək hədəflərini ifadə edən mühüm siyasi mesajlarla yadda qaldı. Dövlət başçısının müraciətind

Ərdoğandan yeni bəyanat – İlham Əliyevlə görüşün mühüm detalları üzə çıxdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə Şuşada keçirdiyi görüşdən və iki ölkə arasındakı münasibətlərdən danışıb. KONKRET.azxəbər verir ki, Ərdoğanın noyabrın 8-də Azərbaycana səfərində

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin


yeni xeberler son xeberler azerbaycan xeberleri bugunun xeberleri son xabarlar son xeberler az azerbaycanda son xeberler