"Moskva bu istiqamətdə Paşinyanı dəstəkləyir" – Şevçenko

Ədalətin bərpa olunması (mən hər şeydən əvvəl Azərbaycan ərazilərinin işğaldan azad edilməsi və didərgin düşmüş əhalinin qaytarılması imkanını nəzərdə tuturam), azərbaycanlılar və ermənilər arasında sülhün yenidən bərqərar olması prosesinin başlanması Azərbaycan Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, bütün Azərbaycan xalqının böyük xidmətidir.
KONKRET.az xəbər verir ki, bunu Azərtac-a açıqlamasında Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edən rusiyalı jurnalist, siyasi və ictimai xadim Maksim Şevçenko söyləyib.
M.Şevçenko əlavə edib ki, 28 May təkcə Azərbaycan xalqı deyil, həm də bütün dünya üçün əlamətdar tarixdir:
"Bir rus insanı kimi, bu tarix mənim üçün də mühümdür. Allah Müqəddəs Qurani-Kərimdə buyurub: "Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəmdən və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq". Qafqazda sülh və sakitliyin olması o deməkdir ki, rus insanın qəlbində də sülh və sakitlik olacaq".
Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Moskva görüşünü şərh edən M.Şevçenko qeyd edib ki, Prezident İlham Əliyev özündə yüksək diplomatiyanın ən yaxşı keyfiyyətlərini birləşdirir:
"Bu keyfiyyətlər müxtəlif etnik mənşəyə mənsub insanların, çoxlu xanlıqların bir-biri ilə həmişə ümumi dil tapdığı Azərbaycanın qədim mədəniyyətinin, Azərbaycan sivilizasiyasının dərinliklərindən, onun atası Heydər Əliyevin şəxsiyyətindən, sənin həqiqətin və ədalətin tərəfində olduğun və sadəcə tələsmədən bu yolla irəliləməyin lazım olması anlayışından irəli gəlir. İlham Heydər oğlu bütün bunları həyata keçirir və bizim hamımıza örnək olur".
Rusiyalı jurnalistin sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülh prosesinin uğurla başa çatması bir çox hallarda Türkiyədə keçirilən seçkilərin nəticələrindən asılıdır:
"Ərdoğan qələbə qazanarsa, ümidvaram ki, bu belə də olacaq, onda sülh prosesi böyük addımlarla irəliləyəcək. Türkiyə Prezidenti böyük siyasətçi, Azərbaycan xalqının dostudur. O, bunu ən ağır məqamlarda nümayiş etdirib. Onun Ukrayna ilə bağlı mövqeyi də çox mühümdür. Onun rəqibinin qalib gələcəyi təqdirdə, hesab edirəm ki, müharibəyə aparan yol açılacaq".
Politoloq vurğulayıb ki, Rusiyanın Ermənistan-Azərbaycan nizamlanması ilə bağlı mövqeyini tam dəstəkləyir.
"Mən Rusiyanın Ukrayna ilə bağlı mövqeyini tənqid edirəm, lakin onun Cənubi Qafqaz siyasətini tam dəstəkləyirəm. Rusiya Prezidentinin mövqeyi ondan ibarətdir ki, Qarabağ Azərbaycandır. Moskva Ermənistan rəhbərliyini sərhədlərin delimitasiyasına, sülh prosesinə sövq edir və bu istiqamətdə Nikol Paşinyanı dəstəkləyir. Başa düşürəm ki, Paşinyan böyük təzyiq altındadır. Dünyaya səpələnmiş bütün erməni qruplarının – Kaliforniya, Paris, Moskvanın Zubov bulvarında yaşayan ermənilərin cəmi bir milyondan çox əhalisi olan balaca Ermənistan dövlətinin taleyi ilə bağlı xüsusi mülahizələri var. Onlar düşünürlər ki, Ermənistanda necə yaşamaq lazım olduğunu bilirlər. Lakin Sevan gölünün ətrafında yaşayan ermənilər "Qarabağ Azərbaycandır" deyən Paşinyanı seçirlər. Krasnodarda anadan olmuş Marqarita Simonyanın bununla nə əlaqəsi var? Hesab edirəm ki, bu məsələ yalnız Ermənistan Respublikasının vətəndaşlarına aiddir və onlar Azərbaycanla sülhün olmasında real şəkildə maraqlıdır. Ermənistan xalqı bunu müharibədən sonra – 2020-ci ildə keçirilən seçkilərdə də sübut etdi. Hamı düşünürdü ki, Paşinyanın sonu çatıb, amma müharibə partiyalarının – Sarkisyan və Köçəryanın sonu gəldi".

Siyasi       Tarix: 27 may 2023
f Paylaş

Oxşar xəbərlər

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /


yeni xeberler son xeberler azerbaycan xeberleri bu gunun xeberleri haqqinda melumat ən son xəbərlər xeber.az son xeberler xeberler bu qun